Shia.az » QURANI KƏRIM » İkinci yazı Vəhy barəsində
Vəhy barəsində
Ötən yazımızda qeyd etmişdik ki, vəhy kəlməsi Qurani-Kərimdə dörd mənada işlənmişdir.Bu dörd mənadan ikisi barəsində məlumat vermişdik.Bu yazıda isə qalan iki mənasına nəzər salacağıq:
■3.İlham mənası :
• Bəzən insan bir işi icra etmək istəyir, amma bu istəyin onda necə və hansı səbəbdən meydana gəlməsinin fərqinə belə varmır. Xüsusən də məcburiyyət məqamında belə güman edir ki, bundan başqa bir çıxış yolu yoxdur.Elə bu anda birdən insanın qəlbində bir qığılcım,nur əmələ gəlir və bu nur insan üçün çıraq rolunu oynayaraq yolunu aydinlandırır.Bu, həmin ilahi köməklikdir ki,pərdə arxasından zahir olur və insanın köməyinə çatır.
▪ Qurani Kərimdə Hz.Musa ( ə ) in anası barəsində " Qasas " surəsinin 7-ci ayəsində belə buyrulur:
وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ○
《Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik. 》
▪Allah bu məsələyə " Taha " surəsinin 37-40 cı ayələrində də işarə edir.
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ ○إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ○أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي○إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ○
《Əlbəttə, Öz lütflərimizi sənə bir dəfə də şamil et(miş)dik. (Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman. (Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım. O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürəcək bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin. 》
• Bu cür çıxılmaz yolları insan üçün aydınlaşdıran, qorxu , çətinlik zamanlarında nicat verən həmin Rəbbani köməklik və Rəhmani olan ilhamdır.Gördüyümüz kimi Allah təkcə peyğəmbərlərə deyil özünün saleh olan bəndələrinə də bu yardımları ilham ( vəhy ) etmək vastəsiylə çatdırır.
• Burada bir məsələni də qeyd etmək lazımdır ki, Quranda vəhy kəlməsi şeytani vəsvəsələr barəsində də işlənib. Lakin, əlbəttə ki, peyğəmbərlərə, saleh bəndələrə və heyvanlara olan vəhy ilə şeytani vəsvəsələr eyni ola bilməz. Həm vəhy və ilham, həm də vəsvəsə birbaşa insanın qəlbinə salınan fikirlərdir. Vəhy və ilham uca Allah tərəfindən olan Rəhmani və Rəbbani köməklikdir, vəsvəsə isə şeytanın insanı doğru yoldan azdırması üçün insana təlqin etdiyi fikirlərdir.
▪ " Ənam " surəsinin 112 və 121 -ci ayələrində buyurulur :
وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا... ○
《Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insanlardan və cinlərdən olan şeytanlardan düşmənlər qərar verdik. Onlar bir-birilərinə (yəni şeytanlar o peyğəmbərə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar.》
وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ...○
《 Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər.》
■4. Vəhyin risali mənası:
• Bu mənada işlədilən vəhy yalnız Peyğəmbərlər (ə) üçün keçərlidir. Qurani-Kərimdə 70-dəfədən çox bu məsələyə işarə olunmuşdur.
▪ " Şura " surəsinin 7-ci və " Yusif " surəsinin 3 -cü ayələrində bu vəhy barəsində belə buyurulur :
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا...○
《Və beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzi olan məkkənin, həm də dünyanın digər məntəqələrinin əhalisinə) xəbərdarlıq edəsən.》
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَٰذَا الْقُرْآنَ...○
《Biz bu Qur’anı sənə vəhy etməklə, ən gözəl əhvalatları ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq 》
• Belə deyil ki, Allah istənilən insana bu qeyd etdiyimiz seçilmiş bəndələrə məxsus olan vəhyi əta etsin. Çünki, araşdırma apardığımız zaman görürük ki, Peyğəmbərlər (ə) özlərini hazırlayıb kamillik əldə etdikdən sonra bu vəhyi qəbul etməyə layiq olublar.
• İmam Həsən Əskəri (ə) bu barədə buyurur:
《 Allah Məhəmməd peyğəmbərin qəlbini ən üstün və ən yaxşı qəlblərdən qərar verib Onu peyğəmbər seçdi. 》
• Qeyd etdiyimiz bu hədis ,asimani xəbəri əldə etməyə hazır olmağın və agahlığın çox olmasının vəhyi əldə etmək üçün çox mühüm amil olmasına işarədir.
• Allah Rasulu (s) belə buyurur:
《 Allah əqlini ,düşüncəsini təkmilləşdirməyən və ağlı ümmətinin hamısının ağlından üstün olmayan bir peyğəmbər seçməyib .》
• Sədrəddin Şirazi Usuli -Kafinin şərhində belə yazır:
《 Peyğəmbər (s) zahiri peyğəmbərliklə bəzənməmişdən öncə, onun batini nubuvvətin həqiqətini dərk etmişdi.Peyğəmbər (s) əvvəlcə öz batinini kamil insan formasına gətirmiş,sonra isə peyğəmbərin (s) bu batini gözəlliyi Onun zahirinə keçmişdir. Həqiqətdə ilk öncə Allah Rasulu səfərini məxluqatdan haqqa doğru başlamış,haqqa yetişdikdən sonra haqq tərəfdən olan səfəri haqqla birlikdə məxluqata tərəf qayıtmaq olmuşdur. 》
• İmam Sadiq (ə) in şagirdlərindən olan Zürarə imamdan (ə) sual edir:
" Peyğəmbər (s) necə arxayın olurdu ki, ona yetişən vəhy İlahi vəhydir, yoxsa şeytani olan vəsvəsə ?"
İmam Sadiq (ə) Zürarəyə cavab verir :
"Allah bir bəndəsini Peyğəmbərlik üçün seçəndə o şəxsə aramlıq,təmkin,vüqar kimi üstün xüsusiyyətlər verir. Və bu kimi üstün xüsusiyyətlər sayəsində seçilmiş şəxs Haqq tərəfdən gəlib ona yetişən hər bir şeyi açıq gözlə müşahidə edir ."
▪ " Yunis" surəsinin 2 -ci ayəsində Allah Təala belə buyurur:
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِنْهُمْ أَنْ أَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَٰذَا لَسَاحِرٌ مُبِينٌ○
《Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi) aşkar bir sehrbazdır. 》
• Əlbəttə, bu bir həqiqətdir ki, Allah bəşər vastəsiylə insanlarla danışıb, öz mesajını göndərib.Həyatda xoşbəxt yaşamağın yollarını vəhy vastəsiylə bizə başa salıb.Əgər insanlar öz-özlüklərində biraz düşünsələr, Peyğəmbər (s) barəsində olan şəkk-şübhələri tam şəkildə aradan gedər və çətinlik çəkmədən doğru yolu müəyyən edərək əbədi saədətə nail olarlar.
( Ardı var )
Kamran Dadaşzadə
14-03-2019, 10:24
6-02-2019, 16:18
17-01-2019, 10:58
26-12-2018, 11:56
9-12-2018, 09:33
8-11-2018, 16:04
7-11-2018, 11:14
14-09-2018, 10:33
12-08-2018, 17:53
26-07-2018, 12:17
24-07-2018, 11:01
2-05-2018, 10:00
26-04-2018, 18:00
19-04-2018, 09:36
14-04-2018, 13:21
14-04-2018, 13:16
14-04-2018, 11:09
5-04-2018, 11:24
3-04-2018, 13:27
6-03-2018, 12:48
12-12-2017, 12:43
16-05-2017, 10:04
29-03-2017, 11:17
27-10-2016, 22:33
21-09-2016, 10:11
10-09-2016, 20:53
21-05-2016, 17:22
17-01-2016, 19:48
27-12-2015, 22:38
14-12-2015, 14:16
30-03-2015, 15:15
18-02-2015, 03:47
10-02-2015, 15:32
12-02-2015, 04:56
12-02-2015, 04:33
21-12-2014, 05:13
Sorğu
Saytdan xoşunuz gəlirimi?