sitename

QURANDA DUA

Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir.
QURANDA DUASonsuz feyz mənbəyi, sahilsiz kəramət okeanı, həqiqət fəzasının yaradıcısı, elm və hikmət süfrəsini açan Cənab Haqq Qurani-Məciddə buyurur: "Ey peyğəmbər, xalqa de ki, əgər dua etməsələr, Allah onlara etina göstərməz.” («Furqan», 77.)
Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur. Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, möminlərin sığınacağı olan Rəbbimiz belə buyurur: "Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.” («Бәгәрә», 186.)
Bəli, insana Allahdan daha yaxın olan başqa bir varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, onu ana bətnində tərbiyə etmiş, dünya həyatına gətirmiş, bu qonaq üçün maddi və mənəvi nemətlərdən süfrə açmış, xoşbəxtlik yolunu insana göstərmək üçün peyğəmbərlər göndərmiş, Quran və məsum imamlar kimi misilsiz nemətlər qərar vermiş, susuzluğunu saf sularla yatırmış, aclığını dadlı yeməklərlə doyurmuşdur. Məhz bu yaxın varlıq xəstəliklərə şəfa vermiş, ailə-övlad və dost-tanış vasitəsi ilə insanı tənhalıqdan qurtarmış, ayıbları libaslarla örtmüş, qəlblərdə Öz məhəbbətini icad etmiş, müşkülləri aradan qaldırmış, sağlamlığa davam vermişdir. Axı insanın dəyərini Allahdan başqa kim ucalda bilər? İnsanın halından, ehtiyaclarından, arzu və istəklərindən Allah qədər xəbərdar olacaq ikinci bir varlıq varmı?
Bəli, insana hamıdan yaxın olan Odur. "Qaf” surəsinin 16-cı ayəsində buyurulur: "Doğrudan da, insanı biz yaratmış və nəfsinin ona nələr vəsvəsə etdiyini də bilirik. Biz ona boyun damarından da yaxınıq.”
Əql və bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların nə gecəsi, nə də gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: "Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.” («Ибраһим», 39.)
Bəli, məhz duanın gücü hesabına Həzrət Zəkəriyya və arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla müjdələndilər ("Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi və Allah onun duasını qəbul etdi ("Maidə”, 112-115).
Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tapşırır. Tapşırır ki, əllərimizi açıb təvazö’ və sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək və dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. "Ğafir” surəsinin 60-cı ayəsində buyurulur: 
"Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.”
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
NAMAZ İLAHİ DƏSTƏKDİR
NAMAZ İLAHİ DƏSTƏKDİR
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
QONAĞA HÖRMƏTİN VACİBLİYİ
“SANKİ ONU GÖRÜRSƏN”
“SANKİ ONU GÖRÜRSƏN”
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
Stress (həyəcan) və dua (Əllamə Təbatəbaidən göstəriş) Müasir dünyada xəstəliklərin kökü...
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
İslamda əyləncənin yeri
İslamda əyləncənin yeri
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))