sitename
» » Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Saytın xəritəsi Saytın xəritəsi

Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləriQurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
.
Birinci hissə
.
Qurani-kərimdə yaxşı insanların bir çox xüsusiyyətləri qeyd edilmişdir, onların ən mühümləri aşağıdakılardır:

1- Təqva
Təqva insanı günah və pis işlərdən saxlayan, ona pis işlərə aludə olmağa qoymayan xasiyyətlərdən ibarət batini bir qüvvədir. 
Allah Taala bir çox ayələrdə insanlar təqvanı tapşırmış və təqvalı insanları tərifləmişdir. Qurani-kərimin Hücurat surəsində buyurduğuna görə Allahın yanında insanların ən üstünü və ən dəyərlisi başqalarından daha təqvalı olanlardır.
Hücurat surəsinin 13-cü ayəsində oxuyuruq:

يَأَيهُّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ‏ وَ جَعَلْنَاكمُ‏ْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ إِنَّ أَكْرَمَكمُ‏ْ عِندَ اللَّهِ أَتْقَئكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinənizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”
Təqvalı insanlar ona görə belə bir uca məqama nail olublar ki, onlar İlahi göstərişləri gündəlik həyatlarında tətbiq etmək üçün bütün səy və bacaıqlarından istifadə etmiş, heç vaxt nəfsi istəklərini Allah Taalanın göstərişlərindən qabağa salmamışlar.
.
2- Hədəflərə çatmaq üçün cihad və mübarizə
Qurani-kərimin bir çox ayələri cihad və mübarizə barəsindədir. Mübarizə əhli olmaq o deməkdir ki, imanlı insan İlahi, fərdi-mənəvi, ictimai və başqa sahələrdə şəriətin və ya həmin şəxsin vicdanının ondan tələb olunan göstərişlərini yerinə yetirmək üçün öz maddi imkanlarını, bacarıq və elmini, son mərhələdə isə hətta canını fəda etməyə hazır olsun. Qurani-kərimin ayələrinə əsasən cihad və mübarizə əhli olan insanlar, mübarizə əhli olmyan zəif və qorxaq adamlardan üstündürlər.
Allah Qurani-kərimin Nisa surəsinin 95-ci ayəsində buyurur:

لَّا يَسْتَوِى الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيرْ أُوْلىِ الضرَّرِ وَ المْجَاهِدُونَ فىِ سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ فَضَّلَ اللَّهُ المْجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ عَلىَ الْقَاعِدِينَ دَرَجَةً وَ كلاُّ وَعَدَ اللَّهُ الحْسْنىَ‏ وَ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلىَ الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

"Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.”
Həmçinin Tövbə surəsinin 111-ci ayəsində oxuyuruq:

إِنَّ اللَّهَ اشْترى‏ مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَ أَمْوَالهَم بِأَنَّ لَهُمُ الْجَنَّةَ يُقَتِلُونَ فىِ سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَ يُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فىِ التَّوْرَئةِ وَ الْانجِيلِ وَ الْقُرْءَانِ وَ مَنْ أَوْفىَ‏ بِعَهْدِهِ مِنَ اللَّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِى بَايَعْتُم بِهِ وَ ذَالِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”
.
3- Təvazökarlıq
Allah Taala qarşısında təvazökar olaraq qəlbləri haqq yolda arxayın və yəqin dərəcəsində olan insanlar Qurani-kərimdə "muxbitin” (təvazökarlar) adı ilə yad edilirlər. Bu şəxslər elə insanlardırlar ki, Allah Taalanın mübarək adını eşitməklə qəlbləri İlahi xof və ümid ilə dolur, çətinliklər qarşısında səbirli olur, malik olduqları maddi imkanlarından ehtiyaclı insanlara yardım edirlər.
Qurani-kərim Həcc surəsinin 34 və 35-ci ayələrində buyurur:

فَإِلَاهُكمُ‏ْ إِلَاهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُواْ وَ بَشِّرِ الْمُخْبِتِينَ
الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَ الصَّابرِينَ عَلىَ‏ مَا أَصَابهَمْ وَ الْمُقِيمِى الصَّلَوةِ وَ ممِّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

"Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!
O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.”
Ardı var...

 


Rza Əzizoğlu İrəvani
(Əxlaq Elmləri üzrə təqdiqatçı)

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bihudə və mənasız andlar
Bihudə və mənasız andlar
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
Doğru yol İmam Əlinin (ə) özüdür!
Doğru yol İmam Əlinin (ə) özüdür!
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
İman
İman
Təqva nədir?
Təqva nədir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Qurani Kərimin cazibədarlığı
Qurani Kərimin cazibədarlığı
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
Sabah günorta namazından 1 saat öncə
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna Qurani-kərim xətm olunacaq
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Daha çox oxumaq istəyirsən? )))