sitename
» » Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi FOTOLENT
Saytın xəritəsi Saytın xəritəsi
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi 
Yanvarın 11-i 2015 ildə Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" baş tutub. Mərasimdə tanınmış quran qariləri o cümlədən ilahiyyatçı alimlər, ziyalılar, inanclı insanlar iştirak ediblər.
Mərasimdə öncə məscidin axundu ilahiyyatçı alim Ustad Hacı Əhliman Rüstəmov çıxış edib. Bildirib ki, artıq üçüncü dəfədir ki, Hacı Cavad məscidində belə bir tədbir keçirilir. Qeyd olunub ki, Quran bəşəriyyətin dünya və axirət həyatının xoşbəxtliyini təmin edən əbədi ilahi qanundur. Onun ayələri hidayət, bəyan etdiyi hər bir ifadə isə rəhmət və səadət mənbəyidir. Quranla öz əlaqəsini daha da gücləndirən və onu öz hafizəsinə köçürən şəxslər, atdıqları böyük addımları Quranla atar və gördükləri bütün işləri Quranla yerinə yetirərlər.
Sonra Quran qarilar müxtəlif sürələrdən Quran oxuyublar.
Qeyd olunub ki, növbəti "Quran Gecəsi" 22 fevral şam namazazından sonra keçriləcək həmçinin (www.ehlibeyt-aka.com)saytında canlı olaraq izləyə biləcksiniz
  
 

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))