• Azerbaycan
  • Sualını yaz
  • İslam Tarixi
    • Şiə tarixi
    • Vahabi cəryanı
  • Xanimlar üçün
    • Ailədə Qadın
    • Fiqhdə Qadın
    • Analar Bilməlidir
    • Faydalı Məsləhətlər
  • Русский Язык
    • Биография 14-мясум
    • Коран
    • Хадисы
    • Общие сведения
    • Намаз и дастамаз
  • Qeydiyyat
  • Daxil ol

Ehlibeyt.infoEhlibeyt.info

  • Əvvəl
  • Qurani-kərim
    • Quran
    • Surələrin Fəziləti
    • QURANI KƏRIM (video)
    • Quranı Kəlmə-Kəlmə oxunuşu
    • QURANI KƏRIM (Audio)
    • Quran Fl Ər
    • Quran Fl Az
    • Quran Fl Ru
    • Quran Fl en
    • Virtual M
  • 14-MƏSUM
    • Həzrət Muhəmməd (s)
    • İmam Əli (ə)
    • Xanım Fatimeyi-Zəhra (s.ə)
    • İmam Həsən (ə)
    • İmam Hüseyn (ə)
    • İmam Səccad (ə)
    • İmam Muhəmməd Baqir (ə)
    • İmam Cəfər Sadiq (ə)
    • İmam Museyi-Kazim (ə)
    • İmam Rza (ə)
    • İmam Muhəmməd Təqi (ə)
    • İmam Əliyyən Nəqi (ə)
    • İmam Həsən Əskəri (ə)
    • İmam Məhdi (ə)
    • Pak sulalə
  • Hövzə
    • Ərəb dili
    • Fars dili
    • Əqaid dərsi
    • Quran Dərsi
    • Fiqh Təlimi (dərs)
  • Şəriət
    • Dəstnamaz
    • Qusullar
  • Arşdırma
    • Araşdırmalar
    • Hədis
  • Namaz Dua
    • Namaz Qılmağı Öyrən
    • Namaz Vaxtları
    • Vacib Namazlar
    • Müstəhəb Namazlar
    • Dualar
    • Zkirlər
    • Dualar dinlə və yüklə
    • Ziyarətnamələr
  • Üsul Füru
    • Tövhid
    • Məad
    • Nübuvvət
    • Oruc
    • Cihad
    • Həcc
  • Video Xutbələr
    • Hacı Əhliman
    • Hacı Samir
    • Hacı Rəşad
    • Hacı Rza
    • Hacı Əlmdar
    • Kərbəlayı Əli
    • Kərbəlayı Ağadadaş
    • Ramazan Moizələri
    • Mühərrəm Moizələri
    • Nəhcül Bəlağə verliş
    • Təqvaya doğru (Əbu Suamli duası)
    • Abu Zeydə rəddiyə
    • Dini Suallara cavab
    • İmam Zaman (ə.f) verilişində
    • Təfsir Dərsi
    • Dinlə Tanişliq Verlişi
    • Dini filimlər
    • Dini Kiliplər
    • Məclislərimiz (xususi çəklişlərimiz)
    • Cizgi-filimi
  • Aylar
    • Məhərrəm
    • Səfər
    • Rəbiül-əvvəl
    • Rəbiüs-sani
    • Cəmadiül-əvvəl
    • Cəmadiüs-sani
    • Rəcəb
    • Şə`ban
    • Ramazan
    • Şəvval
    • Zi-qə`də
    • Zi-hiccə
  • Umumi
    • Nəhcül-bəlağə
    • Şəxsiyyətlər
    • Marağlı Məlumatlar
    • Məqalələr
    • İbrətamiz Hekayə
    • Şeir və Qəzəllər
    • Mövlud və Şəhadətlər
    • Yalnız Mömünlərə
    • Esmaül-Hüsna
    • İslam Əxlaqı
    • Tibb
    • Yuxu yozmaları
    • Suallarla İslam
    • Xəbərlər
    • Fəlsəfə
    • Müqəddəs Məkanlar

Shia.az » PAK SULALƏ » Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti

  

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti

Müəllif :Vusal Tarix : 10-08-2016, 13:16 Bölmə :PAK SULALƏ 0 Şərhев : 0

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Məsumənin (ə) şəxsiyyəti

Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır.

Həzrət Fatimə Məsumə (ə)
Yeddinci imamımız Musa ibn Cəfərin (ə) qızı həzrət Fatimə Məsumə (ə) hicri qəməri tarixlə 173-cü ilin zilqədə ayının ilk günündə Mədinə şəhərində dünyaya göz açmışdır. Hansı ki, peyğəmbərlik ailəsində belə qızın dünyaya gələcəyini İmam Sadiq (ə) müjdə vermişdi. Bu üzdən həzrət Fatimə Məsumənin (ə) dünyaya gəlişinin xeyirli və bərəkətli il dönümündə Məkarim Şirazi cənablarının ideya və düşüncələrindən istifadə edərək o həzrətin (ə) misilsiz şəxsiyyəti barədə araşdırma və təhlil etmək zərurəti ortaya çıxır. Belə bir təhlil nəticəsində "məsum imamların (ə) görüşündə həzrət Fatimə Məsumənin (ə) ali məqamının üstün səciyyələri” bəhsinə aydınlıq gətirilməsi, öz növbəsində Əhli-beyt (ə) maarifinə susayanlar, xüsusilə də o həzrətin ziyarətçiləri üçün gözəl ərmağan ola bilər. Buna görə də, bu yazıda Ayətullah Məkarim Şirazinin dəqiq və dərin görüşündə Əhli-beyt (ə) kəriməsinin – səxavətlisinin bəzi mühüm şəxsiyyət və varlıq səciyyələrini sizlərə təqdim edirik:
Həzrət Məsumənin (ə) ali elmi məqamı
Sözsüz ki, xanım Məsumə (ə) sonsuz yaxşılıq və kamal çeşməsidir, onun üç məsum imamla (ə) nisbəti vardır. O həzrətə ehtiram göstərmək, şənini uca tutmaq Peyğəmbər (s) ailəsinin uca məqamını, xüsusilə də, şiə imamlarından həzrət Musa ibn Cəfər (ə), Əli ibn Musa Rza (ə) və Məhəmməd Təqi ibn Əlinin (ə) ali məqamını əziz tutmağa bərabərdir. Odur ki, xanım Məsumənin (ə) məqamını tanımaq zərurəti inkaredilməzdir.
Məkarim Şirazi cənabları Əhli-beyt (ə) kəriməsinin məqamından danışarkən buyurdu: Həzrət Məsumənin (ə) uca məqamı vardı, o cümlədən elm sahəsində olduqca müvvəffəq idi. İmam Musa Kazimin (ə) dönəmində bir dəstə şiə Mədinəyə gəldi. Məqsədləri də, İmamı (ə) ziyarət etmək və suallarının cavabını o həzrətdən eşitmək idi. İmam Kazim (ə) səfərdə olduğundan, çarəsiz qalıb sualları ailəsinə təqdim etdilər ki, başqa bir fürsətdə hazır cavabları geri alsınlar. Vətənlərinə dönmək ərəfəsində sağollaşmaq üçün İmamın (ə) evinə yollandılar. Həzrət Fatimə Məsumə (ə) sualları cavabları ilə birgə həmin şiələrə təqdim etdi. Onlar da fərəhlə vətənlərinə döndülər. Necə oldusa, yolda İmam Musa Kazimlə (ə) rastlaşdılar və olub-keçənləri o həzrətə bildirdilər. İmam (ə) cavabları alıb oxudu; həzrət Məsumənin (ə) cavablarının hamısı düz idi. İmam (ə) üç dəfə buyurdu: "فِداها ابُوها”; "Atası ona fəda olsun!”.
Həmin dönəmdə həzrət Məsumənin (ə) yaşının çox olmadığını nəzərə alsaq, bu yazını o həzrətin elmi əzəmətinin göstəricisi saymaq olar (1), (2).
Həzrət Məsumənin (ə) mənəvi və müqəddəs məqamı
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) mənəvi və müqəddəs məqamına işarə edərkən buyurdu: Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır. (3).
Ayətullah Məkarim Şirazi həzrət Fatimə Məsumənin (ə) uca məqamındakı bənzəri olmayan mənəvi ünsürlərini şərh edərkən buyurdu: Həzrət Məsumənin (ə) izzəti barədə olduqca mənalı hədislər vardır. Mərhum hədis alimi Qummi deyir: Qumun böyüklərindən biri, Səd adlı şəxs Əli ibn Musa Rzanın (ə) görüşünə gəldi.
Həzrət (ə) buyurdu:
(4)  "یا سعد عندکم لنا قبرٌ، قلت: جعلت فداک قبر فاطمة بنت موسى؟ قال: نعم من زارها عارفاً بحقّها فله الجنّة..."
İmam Rza (ə) Sədə buyurdu: "Ey Səd! Sizin yanınızda bizə aid bir qəbir var.
Soruşdum: Sənə fəda olum, Musa ibn Cəfərin (ə) qızı Fatimənin qəbrimi?
Buyurdu: Bəli, hər kim onu tanıdığı halda ziyarət etsə, yeri cənnətdir”.
Bu səbəbdən İmam Hüseyn (ə), Fatimə Məsumə (ə) və digər məsumlara dair çoxsaylı hədislərdə gələn "onların haqqını tanımaq” qeydi, həzrət Məsumənin (ə) atası, qardaşı və babalarına itaətin vacib olduğunu bilməyimiz mənasındadır. Bu məsələni anladıqdan sonra onların bütün proqram və göstərişlərini həyata keçirməliyik, hansı ki, nəticəsi cənnətdir (5).
Soy silsiləsi – Həzrət Məsumənin (ə) izzət meyarlarından biri
Soy silsiləsi və babaları, Ayətullah Məkarim Şirazinin diqqət mərkəzində yer alan digər ünsür və səciyyələrdən biridir. O, söhbətlərinin birində bu məqama işarə edərək buyurdu: Fatimə Məsumənin (ə) soy silsiləsi və şəcərəsinə nəzər saldığımızda, doqquz məsumla bitdiyini görürük və bu, o həzrətin əzəmətli məqamının son həddidir (6).
Həzrət Məsumənin (ə) ziyarətnaməsinin mahiyyəti və yüksək məqamı
Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Fatimə Məsumənin (s) misilsiz ziyarətinin yeri elə bir həddədir ki, o, bir ibarəsində belə buyurur: Xanım Fatimə Məsumənin (ə) ziyarətnaməsində bir çox xüsusi təbirlərin gəlməsi o həzrətin (ə) izzət və uca məqamı üçün yetərlidir.
Həzrət Məsuməni (ə) ziyarətin savabı
Məkarim Şirazi cənabları həzrət Məsuməni (ə) ziyarətin müsbət təsir və bərəkətlərini bəyan edərkən buyurdu: "Kamiluz-ziyarat” kitabının yazarı atası və qardaşının nəqlinə istinad edərək, İmam Məhəmməd Təqinin (ə) hədislərinə müvafiq olaraq, belə nəql edir:
"مَنْ زارَ عَمَّتى‏ بِقُمْ فَلَهُ الْجَنَّةُ”
"Hər kəs Qumda həzrət Fatimə Məsumə (ə) bibimin (məzarını) ziyarət etsə, yeri cənnətdir” (7).
Cənnətə bərabər ziyarət
Məkarim Şirazi cənabları xanım Fatimə Məsumə (ə) barəsində Peyğəmbərdən (s) bir hədisə işarə edərək dedi: Əziz Peyğəmbərimiz (s) buyurur: "Canımın yarısı Qumda dəfn olunacaq. Onun ziyarətinə gələnə cənnət vacib olacaq.”
"Canımın yarısı” ibarəsi başqa yerdə yalnız bir dəfə Fatimə Zəhra (s) barəsində deyilmişdir.
Deməli, yalnız həzrət Zəhra (s) və həzrət Məsumə (ə) ilə əlaqədar Peyğəmbərin (s) mübarək dilindən "canımın yarısı” ifadəsi çıxmışdır. Şübhəsiz ki, Peyğəmbərin (s) canının yarısını bu torpaqlarda ziyarət edən hər kəsə cənnət vacib olacaq.
Şiəliyin genişlənməsi – Həzrət Məsumənin (ə) Quma gəlişinin girovunda
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) Quma bərəkətli gəlişinin müsbət təsirlərini və haqq olan şiəçiliyin genişlənməsini izah edərkən buyurdu: Bu torpaqlara şiə təriqətinin toxumu hicri tarixlə birinci əsrin əvvəllərində səpilmişdi, çox keçmədi ki, sözün əsl mənasında bir şiə şəhərinə çevrildi və Əhli-beyt (ə) məktəbi tərəfdarlarının sığınacağı, güvənc yeri oldu.
Bu müddətdə Qum Əli (ə) sülaləsinin bioloji və mənəvi övladlarını qəbul etməyə hazır idi. Yetərli idi ki, Peyğəmbər (s) ailəsindən, o həzrətin həqiqi davamçılarından bir nəfər bu torpaqlara gəlsin, Qum camaatı da ona qucaq açsın və izzətlə, ehtiramla və düşməndən asudə şəkildə onlar arasında yaşasın. Bu səbəbdən də, bir çox tanınmış şəxsiyyətlər, seyidlər və şiə təriqəti ardıcıllarının övladları bu torpağa üz tutdular. Bu silsilənin başında İmam Musa ibn Cəfərin (ə) əziz qızı, həzrət Fatimə Məsuməyə (ə) işarə etmək olar (8).
Hicri qəməri tarixlə 201-ci ildə həzrət Məsumə (ə) qardaşını görmək məqsədilə Mədinədən Xorasana doğru hərəkət etdi. Savəyə çatdığında xəstələndi və yatağa düşdü. Qumun varlığından, şiələrin orada məskunlaşmasından xəbərdar olan həzrət Məsumə (ə) şəxsi xadiminə buyurdu: "Məni Quma aparın!”.
Digər tərəfdən, o həzrətin Savəyə daxil olduğunu bilən Qum əhalisi onu öz şəhərlərinə dəvət etmək qərarına gəldilər. Buna görə də, Səd Əşərinin oğulları və nəvələri o həzrətin görüşünə yollandılar, Quma gətirib ən gözəl şəkildə ona xidmət göstərdilər. Amma təəssüflər olsun ki, bir müddət sonra həyatını dəyişdi. Onun Quma gəlişi, pak-pakizə məzarı və sonra imamzadələrin, Kufə və digər şəhərlərin hədisçiləri və alimlərinin Quma gəlişi şiəçiliyin genişlənməsində yeni və təsirli dəyişikliklərə səbəb oldu (9).
Həzrət Məsumənin (ə) nurlu varlığı sayəsində elm mərkəzinin güclənməsi
Məkarim Şirazi cənabları həzrət Məsumənin (ə) lütfü sayəsində Qum elm mərkəzinin hər keçən gün güclənməsində Əhli-beyt (ə) kəriməsinin mənəvi təsir və bərəkətlərini şərh edərkən buyurdu: O misilsiz xanımın Quma gəlişi ilə Qum tarixində yeni səhifə açıldı. O həzrətin (ə) güclü cazibəsi alim və elm adamlarını bu şəhərə çəkib gətirdi və bir çox bərəkətlərə səbəb oldu ki, onlardan ən əhəmiyyətlisi elm mərkəzlərinin genişləndirilməsi idi (10).
Beləliklə, həzrət Məsumənin (ə) Quma gəlişi elm mərkəzinin güclənməsinə və vüsət tapmasına, alimlərin, hədisçilərin və məsum imamların (ə) görkəmli tələbələrinin gediş-gəlişinə, əlaqələr qurmasına zəmin yaratdı (11).
Son söz
Ayətullah Məkarim Şirazinin görüşündə ən gözəl yeniliklərdən biri; "kəramət ongünlüyü”nün yaradılmasıdır, hansı ki, Fatimə Məsumənin (ə) bərəkətli mövludu ilə başlayır, İmam Rzanın (ə) mövludunda bitir (12).
Bugün şiənin və İran xalqının düşmənləri, müxalifləri bu xalqın ismətli və pak Əhli-beytinə (ə) hansı həddə eşq bəslədiyini görsünlər və bilsinlər. Bu məktəb ardıcıllarının Əhli-beytə (ə) məhəbbəti heç vaxt azalmayacaq (13).
"Kəramət ongünlüyü”ndə müxtəlif mədəniyyət və incəsənət proqramlarının təşkili, sözsüz ki, ismətli və pak Əhli-beytlə (ə) bağlı bilik və məlumatı artıracaqdır. Ona görə ki, "Kəramət ongünlüyü”nün; həzrət Fatimə Məsumə (ə) və İmam Rza (ə) mövludlarının əziz tutulması vəhhabilərin gözünün kor olmasına, Əhli-beyt (ə) mesajının dünyanı nura bürüməsinə səbəb olacaq.
Odur ki, "Kəramət ongünlüyü”ndə keçirilən bayram tədbirləri şiənin nurunu, mənəviyyatını dünyaya yayan gözəl yeniliklərdəndir (14).
Araşdırma, hazırlanma və tərtibat; Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    "Həzrət Məsumə, ikinci Fatimə”, səh. 166
2-    "Qum və Cəmkəran zəvvarları ilə birgə”, səh. 60-61
3-    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələrində, "Məscidul-Əzəm”, Qum, 27/05/2010
4-    "Biharul-ənvar”, c. 48, səh. 317
5-    Ayətullah Məkarim Şirazi, fiqhin ali mühazirələrində, "Məscidul-Əzəm”, Qum, 05/01/2003
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, "Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (s) pak hərəmi, 07/09/2013
7-    "Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 62
8-    "Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 25
9-    "Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 40
10-     "Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 26
11-     "Qum və Camkəran zəvvarları ilə birgə”, səh. 40
12-     Ayətullah Məkarim Şirazinin çıxışı, "Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013
13-     Ayətullah Məkarim Şirazinin çıxışı, "Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013
14-     Ayətullah Məkarim Şirazinin çıxışı, "Kəramət ongünlüyü”nün başlanğıcı mərasimi, həzrət Məsumənin (ə) pak hərəmi, 07/09/2013

 

скачать dle 10.3фильмы бесплатно
Veb-saytın materiallarından istifadə zamanı istinad www.ehlibeyt.info zəruridir!!!

Geri

Oxşar yazılar :

    
  • Əxlaq nümunəsi -Fatimeyi Məsumə

    Əxlaq nümunəsi -Fatimeyi Məsumə ...

    3-08-2016, 23:53

  • 
  • Avqust ayının əlamətdar İslami günləri

    Avqust ayının əlamətdar İslami günləri ...

    1-08-2016, 09:17

  • 
  • Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış

    Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr ...

    4-07-2016, 04:24

  • 
  • Allahın həzrət Musaya (ə) 4 sifarişi

    Allahın həzrət Musaya (ə) 4 sifarişi ...

    5-06-2016, 15:25

  • 
  • Ayətullah Sübhani

    Ayətullah Sübhani "imamın ğeybəti" barədə suala ...

    23-05-2016, 16:45

  • 
  • Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.

    Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə ...

    21-05-2016, 17:22

  • 
  • Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) haqqında dedikləri

    Həzrət Əmirəl-mömininin (ə) İmam Zaman (əc) ...

    21-05-2016, 17:21

  • 
  • Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış

    Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin ...

    14-05-2016, 18:38

  • 
  • İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ

    İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ ...

    18-04-2016, 14:40

  • 
  • İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI

    İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI ...

    9-04-2016, 20:05

  • 
  • Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri

    Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm ...

    30-03-2016, 02:00

  • 
  • Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.

    Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin ...

    22-03-2016, 23:30

  • 
  • Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?

    Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından ...

    29-02-2016, 10:56

  • 
  • UZUN-UZADI ARZULAR

    UZUN-UZADI ARZULAR ...

    26-01-2016, 15:24

  • 
  • Xanım Məsumə(s.ə)-nın həyatı.

    Xanım Məsumə(s.ə)-nın həyatı. ...

    21-01-2016, 21:41

  • 
  • Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?

    Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş ...

    24-12-2015, 00:10

  • 
  • Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı

    Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə ...

    22-12-2015, 19:39

  • 
  • Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?

    Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə? ...

    18-11-2015, 06:37

  • 
  • Mübahilə günü

    Mübahilə günü ...

    6-10-2015, 15:08

  • 
  • Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti

    Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin ...

    22-09-2015, 15:18

  • 
  • Zi-hiccə ayının 9-cu günü

    Zi-hiccə ayının 9-cu günü ...

    22-09-2015, 08:20

  • 
  • Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)

    Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( ...

    14-09-2015, 11:49

  • 
  • İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür

    İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür ...

    13-09-2015, 07:51

  • 
  • Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında

    Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında ...

    26-05-2015, 05:00

  • 
  • Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü

    Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü ...

    22-05-2015, 14:50

  • 
  • Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü

    Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü ...

    21-05-2015, 14:15

  • 
  • Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı

    Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) ...

    6-05-2015, 04:59

  • 
  • Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

    Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı ...

    2-05-2015, 01:37

  • 
  • İmam Baqirin (ə) təvəllüdü günü

    İmam Baqirin (ə) təvəllüdü günü ...

    19-04-2015, 15:48

  • 
  • Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü

    Cənnət xanımlarının Seyidəsi həzrət ...

    9-04-2015, 14:10

  • 
  • Qunutda dünyasını dəyişən Ayətullah

    Qunutda dünyasını dəyişən Ayətullah ...

    25-03-2015, 03:59

  • 
  • HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ

    HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ ...

    23-02-2015, 12:16

  • 
  • BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.

    BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ ...

    30-01-2015, 15:56

  • 
  • Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)

    Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl ...

    18-12-2014, 06:04

  • 
  • Həzrət Zeynəb (ə.s)

    Həzrət Zeynəb (ə.s) ...

    14-12-2014, 01:59

  • 
  • Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

    Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı ...

    14-12-2014, 01:52


http://8dle.ru/ Как открыть демо счет? 7 простых шагов.


300 300
  • youtube
  • twitter
  • pinterest
  • googleplus
  • Instagram
  • facebook

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dekabr 2019 (13)
Noyabr 2019 (36)
Oktyabr 2019 (9)
Sentyabr 2019 (18)
Avqust 2019 (27)
İyul 2019 (24)
İyun 2019 (41)
May 2019 (90)
Aprel 2019 (61)
Mart 2019 (85)
Fevral 2019 (52)
Yanvar 2019 (63)
Dekabr 2018 (94)
Noyabr 2018 (84)
Oktyabr 2018 (7)
Sentyabr 2018 (42)
Avqust 2018 (47)
İyul 2018 (50)
İyun 2018 (78)
May 2018 (141)
Aprel 2018 (142)
Mart 2018 (100)
Fevral 2018 (51)
Yanvar 2018 (65)
Dekabr 2017 (27)
Noyabr 2017 (7)
Oktyabr 2017 (40)
Sentyabr 2017 (36)
Avqust 2017 (50)
İyul 2017 (7)
İyun 2017 (66)
May 2017 (97)
Aprel 2017 (48)
Mart 2017 (103)
Fevral 2017 (96)
Yanvar 2017 (128)
Dekabr 2016 (64)
Noyabr 2016 (40)
Oktyabr 2016 (62)
Sentyabr 2016 (69)
Avqust 2016 (57)
İyul 2016 (53)
İyun 2016 (104)
May 2016 (66)
Aprel 2016 (63)
Mart 2016 (68)
Fevral 2016 (19)
Yanvar 2016 (41)
Dekabr 2015 (60)
Noyabr 2015 (31)
Oktyabr 2015 (94)
Sentyabr 2015 (54)
Avqust 2015 (2)
İyul 2015 (60)
İyun 2015 (99)
May 2015 (48)
Aprel 2015 (43)
Mart 2015 (65)
Fevral 2015 (63)
Yanvar 2015 (59)
Dekabr 2014 (110)
Aprel 2014 (1)
Dekabr 2013 (1)
Aprel 2012 (1)
Mart 2012 (1)
İyun 2011 (1)
Aprel 2011 (1)
May 2010 (1)
Aprel 2010 (1)
Aprel 2009 (3)

Göstər / bütün arxivi gizlət

Çox oxunanlar

  •   Bakı və Abşeron üfüqü ilə Dekabr ayı üçün gündəlik namazların azan cədvəli ...
  •   Varlıq aləminin heyrətləndirici üzvü –İNSAN ...
  •   Allah nə yeyir? Allah nə örtür? Allah nə edir? (İbrət alınası hekayə) ...
  •   Bir insan xəstə olsa qənd ona acı olar həqiqətdə beldəri qəlbi xəstə üçün acıdır (Cavad Amuli) ...
  •   Hacı Samir Xanım Zeynəbin qızı Ümgülsüm Yezidə ərə getmişdirmi? Osman əl-Xəmisin iddialarına cavab ...
  •   İSLAM PEYĞƏMBƏRİNİN (S) DÜNYAYA GƏLDİYİ ZAMAN BAŞ VЕRMİŞ MÖCÜZƏLƏR ...
  •   Hacı Samir Quran təfsir məclisi Ənbiya surəsi 2-ci hissə ...
  •   Hz, Peyğəmbərin (ə) ali əxlaqı ilk vəhy işığında( Hacı Sami ...
  •   Hacı Samir Yetmiş min mələyin müşayiətilə gələn bircə ayə Hz. Muhəmmədin (s) insansevərliyi ...
  •   Dindarların boşanması (Haci Əhliman ) ...

Azan Vaxtları

    width=Sübh azanında 10 dəqiqə ehtiyat edin

    Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə) Cəlilabad+6, Ağdam +12, Astara +3, Dəvəçi +3, Gəncə +14, Lənkəran +3, Naxçıvan +17, Ordubad +15, Qazax +18, Quba +6, Sabirabad +6, Sumqayıt +1, Şamaxı +5, Şəki +10, Şirvan +4, Şuşa +13, Yevlax +10, Zaqatala +13

Kitabxana

Sorğu

 

Orucsan ?


 

 
    • youtube
    • twitter
    • pinterest
    • googleplus
    • Instagram
    • facebook
    © Copyright 2008 2016, Vusal Əli.