Shia.az » Namaz » Müstəhəb Namazlar » Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
Cəfəri Təyyarın
namazı böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də
malikdir. Onun ən fəzilətli vaxtı cümə günü günorta vaxtıdır. Cəfəri Təyyar
namazının qılınma qaydası: Namaz dörd rükətdir, iki təşəhhüd və iki salamla
qılınır (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə
"Həmd" surəsindən sonra "Zəlzələ" surəsi, ikinci rükətdə
"Həmd"dən sonra "Adiyat" surəsi, üçüncü rükətdə "Həmd"dən
sonra "Nəsr" surəsi və dördüncü rükətdə isə "Həmd"dən sonra
"İxlas" surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, "Subhanəllahi
vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikrini (təsbihati ərbəəni)
hər rükətdə qiraətdən sonra 15 dəfə, rükuda 10 dəfə, rükudan qalxandan sonrakı
qiyamda 10 dəfə, birinci səcdədə 10 dəfə, birinci səcdədən qalxandan sonra 10 dəfə,
ikinci səcdədə 10 dəfə, ikinci səcdədən qalxıb oturandan sonra 10 dəfə
oxunmalıdır.
Şeyx Kuleyni (r.ə) Əbu Səid Mədainidən belə nəql edir: "Həzrət İmam Sadiq ələyhissalam
mənə buyurdu: "Cəfərin namazında oxumaq üçün sənə bir şey öyrədimmi?"
Dedim: "Bəli buyurun." Həzrət buyurdu: "Dörd rükətli namazın
axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni 10 dəfə oxuduqdan sonra de:
- Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə
bih, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy’in
ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə
inni əsəlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl
ə’zəm, və kəlimatikət təmmatilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmədin
və Əhli Bəytih, vəf’əl bi kəza və kəza.
* (Kəza və kəza kəlmələrinin yerinə öz hacətini dilə)
Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı
belə gördüm. O, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bir nəfəs
çatana qədər "Ya Rəbbi Ya Rəbbi", bir nəfəs çatana qədər "Ya Rəbbahu
Ya Rəbbahu", bir nəfəs çatana qədər "Rəbbi Rəbbi", bir nəfəs
çatana qədər "Ya Allahu Ya Allahu", bir nəfəs çatana qədər "Ya Həyyu
Ya Həyyu", bir nəfəs çatana qədər "Ya Rəhimu Ya Rəhimu", bir nəfəs
çatana qədər "Ya Rəhmanu Ya Rəhmanu" və yeddi dəfə "Ya Ərhəmər
Rahimin" zikirlərini oxuyub belə dedi:
- Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə
və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik,
və ənna lixəliqətikə kunhu mə’rifəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən
bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəlləfə sukkanu
ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik,
ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.
Sonra Həzrət buyurdu: "Ey Müfəzzəl, hər zaman işin çətinə düşdü Cəfərin
namazını qıl və bu duanı oxuyub Allah Təalanın dərgahından hacətini dilə ki,
inşaAllah hacətin rəva qılınacaq."
"Zəlzələ” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza zulzilətil ərzu zilzaləha 1. Və əxrəcətil ərzu əsqaləha 2. Və qaləl insanu
ma ləha 3. Yəvməizin tuhəddisu əxbarəha 4. Biənnə rəbbəkə əvha ləha 5. Yəvməizin
yəsdurun nasu əştatən liyurəv ə”maləhum 6. Fəmən yə”məl misqalə zərrətin xəyrən
yərəh 7. Və mən yə”məl misqalə zərrətin şərrən yərəh 8.
"Adiyat” surəsi
Bismillahir Rəhmanir Rəhim
Vəl adiyati zəbha 1. Fəl-muriyati qədha 2. Fəl-muğirati subha 3. Fəəsərnə bihi
nəq”a 4. Fəvəsətnə bihi cəm”a 5. İnnəl insanə lirəbbihi ləkənud 6. Və innəhu əla
zalikə ləşəhid 7. Və innəhu lihubbil xəyri ləşədid 8. Əfəla yə”ləmu iza bu”sirə
ma fil qubur 9. Və hussilə ma fis sudur 10. İnnə rəbbəhum yəvməizin ləxəbir 11.
"Nəsr” surəsi
Bismillahir Rəhmanir Rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2.
Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.
Məfatihul-Cinan (Külliyyat)
скачать dle 10.3фильмы бесплатно Veb-saytın materiallarından istifadə zamanı istinad www.ehlibeyt.info zəruridir!!!
18-12-2014, 14:21
18-12-2014, 06:04
17-12-2014, 14:21
16-12-2014, 07:55
16-12-2014, 07:22
15-12-2014, 15:25
15-12-2014, 15:03
15-12-2014, 10:26
15-12-2014, 07:52
15-12-2014, 07:47
15-12-2014, 07:31
14-12-2014, 01:59
14-12-2014, 01:54
14-12-2014, 01:52
Sorğu
Orucsan ?