sitename
 

Bəşərin, xüsusilə möminlərin həyatında yaranan çətinliklərdən biri şeytanın vəsvəsələridir. Həzrət Peyğəmbər (s) xütbədə buyurur: ”Bu ayda şeytan zəncirlənər.” Sadəcə hürər, amma heç kəsə hücum etməz. Şeytan elə bir varlıqdır ki, Allahın izni ilə vəsvəsə edər. Şeytanın vəsvəsəsi rəhmət və nemətdir. Çünki kim hansısa məqama çatsa, bu vəsvəsə ilə mübarizə nəticəsindədir. O, böyük cihad meydanında qələbə çalmış insandır. Əgər vəsvəsə olmasa və günahın yolu bağlansa, o zaman itaət zəruri olar. İtaət zəruri olduqda, daha vəhyə, risalətə, təklif və dinə ehtiyac qalmayacaq. Günah olmayan bir aləm, din, vəzifə və əmr olmayan bir məkan olacaq. Şeytanın vəsvəsəsi sadəcə kənardan hürmək həddindədir. Arif olanlar bu səsə diqqət etməz, öz yolunu gedər və məqsədinə çatarlar. Arif olmayanlar, yolu tanımayanlar, yolsuzlar dərhal şeytanın tələsinə düşərlər. Bu zaman şeytan hürməkdən əl çəkib belələrinə hücum edər. Əlbəttə, şeytan Allahın vilayətinin təsiri altındadır. Onun izni olmadan heç nə etməz və qiyamətdə açıq aşkar deyər: "İş tamam olduqda Şeytan deyər: ”Həqiqətən, Allah sizə haqq vəd verdi. Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz...” Əgər bir kəs bilərəkdən Allahın vədinə etina etməsə və şeytanın tələsinə düşsə, Allah ona bir müddət möhlət verər. İnsan bu möhlətdən istifadə etmədikdə, şeytanı ona müsəllət edər. Ona görədə Quranda belə insanların cəzalanması barədə deyilir: "Məgər şeytanları kafirləri yerlərindən şiddətlə təhrik etmələri üçün onların üstünə göndərdiyimizi görmədin?!” Başqa bir yerdə buyurur: " Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.”
 
("İbadətlərin hikməti" Ayətullah Cavadi Amuli)
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))