sitename

Məhərrəm ayının 1-ci günü

 

1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
2. "Şebi - Əbi Talib” hadisəsi
3. Zəkatın ilk toplandığı gün
4. "Zatür-rüqa” müharibəsi
5. Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
7. Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) hüzn ayının ilk günüdür. O gün bütün peyğəmbərlər və mələklər Əhli-beytin (ə) sevənlər və ardıcılları hüznlüdür. Rəvayətdə deyilib: Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.)
Məhərrəm imam Rzanın (ə) kəlamında
Rəyyan ibn Şəbib deyir: "Məhərrəmin ilk günü İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yudumuza od vurub malımızı qarət etdilər. Allahın Rəsuluna (s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək (ondan) irs qaldı.
Ey Şəbibin oğlu! Əgər (bir şeyə) ağlamaq istəsən Əli oğlu Hüseynə (ə) ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini şəhədətə çatdırdılar ki, onların yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəlib gördülər ki, o şəhid olub. Ona görə də qəm-qüssəli halda onun pak qəbrinin ətrafına (təyin oldular) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun "Ya Saratəl-Hüseyn” şüarına səs verib köməyinə tələssinlər.
Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrindən olmaq istəsən bizim qəmimizəd qəmgin, bizim şadlığımızda şad ol! Bizi sevməyi və məhəbbətimizi tapşırıram sənə. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu o daşla məşhur edəcək. ( Üyuni-əxbarür-Rza (ə) c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
2. "Şebi - Əbi Talib” hadisəsi
Peyğəmbərin Peyğəmbərliyə (s) təyin olduğu beşinci gün İslamın gün-gündən nüfuzunun çoxalması ilə bağlı Qüreyş kafirləri qərara aldılar ki, əlbir olub Peyğəmbəri-Əkrəmi (s) qətlə yetirsinlər. Əbu Talib (ə) bu bədxah qərardan xəbərdar olduqan sonra Peyğəmbərin (s) canının qorumaq üçün Bəni-haşimi qadın və uşaqları ilə birlikdə "Əbu Talib Şeb”-i tanınan dərəyə köçürdü. O böyük şəxsin qiymətli övladları gecə-günüz pərvanə kimi Peyğəmərin (s) vücudunun şəmi ətrafında dolanırdı. Onların böyük səyi Qureyş kafirlərinin peyğəmbəri (s) öldürmək cəhdini nəticəsiz etdi. Ona görə də onlar Darün-nüdvə -də bir tolanıb bir məclis təşkil etdilər. Orda bir müqavilə yazıb müsəlmanlarla hər növ müamiləni, alış-veriş, nikah və ünsiyyəti qadağan etdilər. Onlara, mümkün olan hər bir vasitə ilə peyğəmbərin (s) öldürülməsinə razı olub onu kafirlərə təhvil verməsi üçün müsəlmanlara təzyiq göstərirdi. Peyğəmbər (s) və müsəlmanların Şebi-Əbu Talib -də mühasirəsi çox ağır və dözülməz keçirdi. Şebi-Əbu Talibin ətrafında məskun olanlar, gecələr Bəni-Haşim uşaqlarının aclıqan ucalan səslərini eşitdi. İki ildən bir neçə ay keçdikdən sonra Allahın əmri ilə qarşıqalar o müqaviləni təkcə orada yazılmış Allahın adı istisna olmaqla bütünlüklə yeyib aradan qaldırdılar. Həzrət Əbu Talib (ə) müşriklərə o möcüzəni xəbər verdi. Onlar çarəsiz qalıb müsəlmanaları mühasirədə saxlamaq və onları incitməkdən yayındılar. Beləliklə müsəlmanlar öz evlərinə qayıtdılar. (Muntəhayül-amal, 1-ci bölmə, 6-cı fəsil, səh.72)
3. Zəkatın ilk toplandığı gün
Tarixin bu təqvimindən Peyğəmbəri-əkrəm (s) zəkat toplamaq üçün təyin etdiyi şəxsləri Mədinə ətrafına göndərdi. Bu iş, çətin və ağır anlarda ehtiyaclılarla birlik, onların dərdinə şərik olmaq və çarəsizlər üçün bir ümid nəsimi idi.
4. "Zatür-rüqa” müharibəsi
Hicri təqvimi ilə 4-cü il, Qüreyş kafirləri Mədinə ətrafında olan qəbilələri, o şəhəri mühasirəyə almaq üçün sövq etdilər. İslamın əziz peyğəmbəri (s) 400 (digər bir nəqlə əsasən 700) nəfərlə birlikdə, onlarla üzləşmək üçün Mədinədən xaric oldu. Üç gün onlarla müharibə etdi. Onlardan gələn təhlükə dəf olunduqdan sonra həzrət (s) bu hadisəyəyə görə "xöfv” namazı qıldı. (Kəmal ibn Əsir. c. 2, səh 172).
5. Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması
Tarixə əsasən hicir təqvimi ilə 61-ci il, məhərrəmin ilk günü imam Hüseynin (ə) karvanı Kərbəla səfəri zamanı yolda Bəni Məqatilin qəsrinə çatdı. Orada Übeydullah ibn Hürr Cofi ilə görüşüb onu köməyə dəvət etdi. O, imam Hüseynin (ə) dəvətini qəbul etmədi. Lakin bu üzdən həmişə xəcalət çəkib peşmanlıq odunda yanırdı. Nəhayət məhz bu halla dünyadan köçdü. (Əl-irşad, c.2, səh. 81)
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
Hicri təqvimi ilə 63-cü ildə Mədinə xalqı, Əbdullah ibn Hənzəlinin başçılığı ilə Yezid hakimiyyətinə əleyhinə qiyama qalxıb Mədinədə sakin olan əməviləri şəhərdən xaric etdi. O qiyamın xəbəri Şam ordusuna çatdı. Şam qoşunu şəhərə hücum etdi və ağrılı "hərrə” faciəsi baş verdi.
7. Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
Hicri təqvimi ilə 81-ci il, məhərrəm ayının ilk günü, Məhəmməd ibn Hənəfiyyə Əbdülməlik ibn Mərvannın hakimiyyətdə olduğu dövrdə 65 yaşında ikən vəvat etdi və Bəqi məzarlığında dəfn olundu. Bəzilrinin fikrincə o, ömrünün sonlarında Əbdüllah ibn Zübeyrin fitnəsindən xilas olmaq üçün Tayifə qaçıb və orada dünyasını dəyişıb. Bəzi rəvayətlərə əsasən Allahın Rəsulu (s) Məhəmmədin doğumunu Əmirəlmömininə (ə) müjdə verib öz adını və ləğəbini ona əta etdi.
Məhəmməd ibn Hənəfiyyə bilikli, şücaətli və güclü kişi idi. Nəql olunub ki, həzrət Əlinin (ə) hüzuruna müəyyənı sayda zireh gətiriləndə, zirehlədən biri adi ölçüdən uzun idi. Məhəmməd zirehin aşağısını yığıb, atasının nişanladığı yerdən tutdu və dəmirdən olan o zirehin ətəyini (ipək) parça kimi qoparıb qısaltdı. (Muntəhayül-amal, 3-ci bölmə, 6-cı fəsil, səh.263)

Məhərrəm ayının 2-ci günü

Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması
Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə) "bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: "Qaziriyə”. Buyurdu: "Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: "Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə) enin ki, bizim qəbrlərimizin yeri burdadır.

Məhərrəm ayının 3-cü günü

1-Həzrət Məhəmmədin (s) islama dünəvi çağırışı günü
2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu
3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması
4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması
1-Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü
İslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının üçü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkəlrin Şah və imperatorlarına məktub göndərmklə rəsmi olaraq o dinə dəvət etməyə başladı. Tarixçilər o məktubların sayının 12 - 26 aralarında oduğunu yazırlar. ("Lühuf”, səh. 97- "Feyzül-əllam”, səh. 142)
2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu
Məhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazıb. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərində sadiq qalmalarınını o həzrət kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. ("Əl-irşad”, c. 2, səh. 37- "Biharül-ənvar”, c.44 səh, 381)
3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması
Hürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra, Übeydullah ibn Ziyad, Yezidin qoşunun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. ("Əl-irşad”, c. 2, səh. 84 - Məaliul-Sibtəyn, c. 1, səh.301)
4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması
Hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də, imam Hüseyn (ə), hazırda pak məzarnın yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, "Kərbəl” bölməsi).

Məhərrəm ayının 4-cü günü

Übeydullah ibn Ziyadın Kufə məscidində çıxışı

Hicri təqvimi ilə 61- ci il, məhərrəm aynının 4-də Kufə hakimi Übeydullah ibn Ziyad, camaat imam Hüseynə (ə) kömək etməsinlər deyə Kufə məscidində bir kəskin bir çıxış etdi. İmam Hüseynə (ə) kömək edəcəkləri təqdirdə onları ölüm və edamla hədələdi. Həmçinin, imam Hüseynin (ə) qanının mübah olması haqqında qazının fətvasını qiraət edib göstəriş verdi ki, Kufə şəhərinin bütün giriş-çıxışın bağlasınlar. (Əl-vəqaye vəl-həvades, c.2, səh. 123)

Məhərrəm ayının 6-cı günü

1-Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi
2- Fərat çayının ilk mühasirəsi

1-Həbib ibn Məzahirin Bəni Əsəddən kömək istəməsi
Belə bir gündə Həbib ibn Məzahir, həzrət imam Hüseynin (ə) icəzəsi ilə Bəni-Əsəd qəbiləsindən kömək istəmək üçün onların arasında yollandı. Onlardan bir dəstəni kömək üçün Kərbəlaya yola saldı. Lakin Ömər ibn Sədin cəsuslarının vəsvəsəsi nəticəsində Bəni-Əsəd qəbiləsi arsında qarşıdurma baş verdi. Qarşırdurma nəticəsində Bəni-Əsəd qəbiləsindən bir qrupu şəhid oldu, qalanları da çarəsiz qalıb qaçdılar. (Mədinədən Mədinəyə, səh.368)
2- Fərat çayının ilk mühasirəsi
Bir rəayətə əsasən Ömər ibn Səd və Şəbəs ibn Rəbi, üç min nəfər qoşunla birgə Fərat çayını mühasirəyə aldı. (Mədinədən Mədinəyə, səh.360).

Məhərrəm ayının 7-ci günü

Fərat suyunun İmam Hüseyn (ə) karvanınına qadağan olunması
Übeydullah ibn Ziyad çox sayda qoşunu imam Hüseynlə (ə) döyüşmək üçün Kərbəlaya göndərdikdən sonra onlar vasitəsi ilə o həzrəti tatamilə öz mühasirəyə aldı. Ömər ibn Sədə məktub yazıb göstəriş verdi ki, su ilə Hüseynin (ə) arasını kəssin, onun əskərlərinin sudan istifadə etməsinə yol verməsinlər. (Onun gümanına görə, Osman ibn Əffanın sudan istifadə etməsi qadağan olmuşdu). Ona görə də ibn Səd, birbaşa Əmr ibn Həccac Zübeydini beş yüz nəfər süvari ilə suyu əhatəyə almaq vəzifəsini yerinə yetirməyə təyin etdi ki, imam Hüseyn (ə) və onun köməkçilərinə su aparmağa imkan verməsinlər. (Əl-irşad, c.2,səh. 86)

Məhərrəm ayının 8-ci günü

İmam Hüseynin (ə) Kərbəlada Ömər ibn Sədlə görüşməsi
İmam Hüseyn (ə) heç bir vəchlə döyüşün baş verməsinə razı deyildi. Qarşıdurmanın qarşını almaq üçün çox çalışırdı. Bu üzdən hidayət əsnasında ya o həzrətin, beyət etmədən gəldiyi yerə qayıtması, ya da müsəlman kimi yaşamaq üçün (digər ölkəyə) islam ölksənin sərhədlərindən birinə getməsi barədə razılaşsınlar deyə Ömər ibn Sədlə görüşdü. Ömər ibn Səd, görüşün nəticəsini (təklifini) Übeydullah ibn Ziyada göndərdiyi məktub əsnasında yazdı. Übeydullah məktubun cavabında onu şiddətli danlayıb ona göstriş verdi ki, imam Hüseyn (ə) və onunla birgə olanlar, Yezidə beyət etməsələr, onlarla döyüşsün. (Səfinətül-bihar, c.2, səh. 270, "Ömər” bölməsi)

Məhərrəm ayının 9-cu günü

1- İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması
2-Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması
3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi
4- İmam Hüseynin (ə) (düşmənlərə) xitabı
5- İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması
6- Şəhadət qüslü
1-mam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması
İmam Sadiq (ə) buyurub: Tasu günü, imam Hüseyn (ə) və onun ətrafında olanlar Kərbəlada mühasirəyə alındı, Şam qoşunu o həzrəti öldürmk üçün toplanıb Mərcanənin oğlu və Ömər İbn Səd onların ətrafında toplanan qoşunların sayının çoxluğundan sevinirdi. O həzrəti və onun dostlarını zəif sayıb, onlara kömək gəlməyəcəyini, iraqlıların həzrət kömək etməyəcəyini yəqin etdilər.
2-Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması
Tasua günü məlun Şümür, həzrət Əbafəzlül Əbbas (ə) və onun qardaşları üçün əmannamə (onların təhlükəsizlikdə olmasını göstərən şəhadətnamə) gətirdi. Şümür, imam Hüseynin (ə) xeymələrinə çatan zaman qışqırdı: "Bacımızın oğlanları hardadı?” O böyük şəxslər cavab vermədilər. İmam Hüseyn (ə) buyurdu: "Fasiq də olsa ona cavab verin!” Həzrət Əbbas (ə) onun cavabında buyurdu: "Nə deyirsən?” Şümür dedi: "Mən sizə Übeydullah tərəfindən əmannamə gətirmişəm. Hüseyn (ə) üçün özünüzü ölümə verməyin! ” Həzrət Əbbas (ə) uca səslə buyurdu: Allahın lənəti sənə və sənin amanına olsun! Peyğəmbərin (s) qızının oğlu amanda olmadığı halda biz amanda olaq?!” (Ənsabül-əşraf, c.3, səh. 184)
3-İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi
Məhərrəmin doqquzunda, əsr vaxtı Ömər ibn Səd öz qoşunlarına üz tutub bağırdı: "Ey Allah ordusu, atalın və sevinin ki, cənnətə gedirsiniz! Beləliklə onun ordusu, imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. İmam, öz xeyməsinin önündə oturub qılıncına söykənmişdi. Başını dizinin üstünə qoyumuşdu. O zaman mübarək başını qaldırıb həzrət Əbülfəzlə (ə) buyurdu: "Ey Əbbas, canım sənə fəda olsun, ata süvar ol, onlardan soruş ki, nə üçün buraya gəliblər?” Həzrət Əbbas (ə) iyirmi nəfər sahəbə ilə birlikdə düşmən qoşunu tərəfə gedib onların nə üçün gəldiklərini soruşdu. Ömər ibn Səd onun cavabında dedi: "Ya, Yezidlə beyət edin, ya da, qanlı döyüşə hazır olun”. Həzrət, onlara dedi: "Gözləyin, sizin sözününü imam Hüseynə (ə) çatdırım.” Onların sözünü o həzrətə (ə) çatdırdı. Həzrət (ə) buyurdu: "Qardaşım Əbülfəzl! Düşmən ordusuna qayıt, namaz və Allaha razü niyazla məşğul olmaq üçün bu axşamı onlardan möhlət al.Allah bilir ki, mən namaza, Quran oxumağ və dua etməyə məhəbbət bəsləyirəm.” Beləliklə də müharibə təxir ə düşdü.
4- İmam Hüseynin (ə) (düşmənlərə) xütbəsi
İmam Səccad (ə) buyurub: Atam imam Hüseyn (ə), aşura gecəsi öz əshabını öz yanına çağırdı. Onun sözlərini eşitmək üçün Mən də xəstə olduğum halda onun yanına getdim . Atam, əsahaba vö öz köməkçilərinə buyurdu: "Ən gözəl sitayişlərlə Allah sitayiş edir, xoşluq və rahatsızlıqda Ona təşəkkür edirəm. İlahi, Sənə şükür edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran elmi, dinin fiqh elmini bizə karamət buyurdun. Bizə, eşidən qulaq, görən göz və ayıq ürək əta etdin. Bizi şükür edənər sırasıda qərar ver! Əmma b`əd. Həqiqətən də mənim yoldaş və əshabından daha yaxısı və daha vəfalılardan sorağım yoxdur. Öz Əhli-beytimdən (ə) daha itaətçi, daha sileyi-rəhmə bağlı qalanı tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən, sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükəli məkanından uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimizin (ə) bir nəfərin əlini tutub kənd və şəhərələ dağılın ki, Allah, (sizi bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin. Bu cammatın işi, mənimlədir. Mənə əlləri çatsa, sizinlə işləri yoxdur.” İmamın buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı, bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakrlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi olaraq bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91).
5- İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması
İmam Hüseyn (ə) köməkçilərinə fərman verdi ki, xemələrin ətrafında xəndək qazsınlar. Onu ox və neylə doldursunlar ki, düşmən hücum edən zaman onları yandırsınlar, düşmənlə xeymələr arasında yolu kəsib təkcə imamın (ə) köməkçiərinin yerləşdiyi hissəni açıq qoysunlar və döyüş orada həyata keçsin. (İmamül-Hüseyn (ə) və əshabuhu,səh.257)
6- Şəhadət qüslü
İmam Hüseyn (ə) həzrət Əli Əkbəri otuz nəfər süvari və iyirmi nəfər piyada qoşunla su fəratdan su gətirmək üçün göndərdi. Onlar öz tuluqlarını su ilə xeymələrə gətirdi İmam öz əshabına üz tutub buyurdu: Qalxın və su için. Bu, sizin sonuncu azuqənizdir. Dəstəmaz alın, qüsl edin və paltarlarınızı yuyun ki, sizin kəfəniniz olsun. Nəql olunub ki, Əbdürrəhman və Bürəyr ibn Xuzəyr təmizlənmək - hamam və nəzafət üçün nəzərdə tutulan çadırın qapısında növbədə duruşdu. Bürəyr Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman ona dedi: "İndi zarafat vaxtı deyil”. Bürəyr dedi: Mənim qohumlarım bilir ki, nə cavanlıqda nə də yaşlılıqa (qocalıqda) zarafat əhli olmamşam. Mənə səadət və cənnət vəd olunuduğu üçün, (sər əz pa tanımıram) sevindiyimdən özümə sığmıram, özümlə cənnət arsında məsafənin təkcə şəhadət oldğunu bilirəm. ("Əmaleyi-Şeyx Səduq”, səh. 221, 30-cu məclis).

Məhərrəm ayının 10-cu günü

1-İmam Hüseynin (ə) aşurası
□ İmam Hüseynin (ə) münacatı
Şəhidlər ağası, sübh vaxtı, sübh namazını öz vəfalı əshabı ilə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığnacağım və ümüdimsən. Mənə nazil olanlarda, pənah və köməkçimsən. Ey Allah! Ürəyi sındıran, çarəsiz, dostu rahatsız edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər! Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların təkcə (son) məqsədisən (Əl-irşad, c. 2, səh. 96.)
□ İmam Hüseynin (ə) öz qoşununu nizama salması
Şəhidlər ağası Həzrət Hüseyn (ə), sübh namazından sonra xeymələrin önünə gedib 32 süvari, 40 piyadadan ibarət qoşununu yerbə-yer etdi. Onları üç dəstəyə böldü. Zühəyr bin Qeyni sağ tərəfdə, Həbib inb Məzahiri sol tərəfdə duran dəstənin başçısı təyin etdi. Üçüncü dəstəni onların arasında qurmasını qərəra alıb, özüdə orta dəstə sırasında durdu. Bayrağı, qardaşı həzrət Əbalfəzl Əbbasa (ə) tapşırıdı. (Əl-irşad, c. 2, səh. 95.)
□ İmam Hüseynin (ə) xütbəsi
İmam Hüseyn (ə) çox çox çalışırdı ki, döyüşün və qan tökülməsinin qarşını alsın. Daş qəlbləri bəlkə yumşalsın və yatmış vicdanları oyansın deyə dəfələrlə düşmən ordusuna nəsihət edib, öyüd verdi:
"Ey camaat! Mənim sözümü eşidin və müharibəyə tələsməyin ki, qoy mənə vacib olanı və üzərimdə olan haqqınıza görə sizə moizə edim və məsələnin həqiqətni sizə deyim. İnsafa gəlsəniz səadətə çatacaqsız. Əks təqdirdə ədalət və insaf yolundan çıxmış olacaqsız. O zaman qərara gəldiynizi yerinə yetirin, bizimlə döyüşün. Böyük Allah mənim ixitiyar Sahibimdir. O Allah ki, Quranı nazil edib, xeyir əməl sahiblərinin ixtiyarı Onun əlindədir.
Mənim əsil-nəsəbi xatırlayın, görün ki, mən kiməm?! Özünüzə gəlin və özünüzü qınayın! Baxın, məni öldürmək və hörmətimi sındırmaq rəvadırmı?! Mən, Peyğəmbərinizin (s) qızının oğlu, onun canişini və əmisi oğlunun övladı deyiləmmi? O kəs ki, hamıdan öncə iman gətirib, Allahın Rəsulunun (s) Onun tərəfindən gətirdiyni təsiqlədi?! Şəhidlər ağası Həmzə mənim əmim deyilmi?! Cənnətə daxil olması üçün Allahın iki qanad verdiyi Cəfər Təyyar mənim əmim deyil?! Allahın Rəsulunun (s) mənim və qardaşım haqqında "bu iki nəfər, cənnət cavanlarının ağasıdır” deyə
buyurduğunu bilmirsiniz?!
Sözümü qəbul etməyib, sözümün düzlüyündə şübhə edirsinizsə, and olsun Allaha ki, Onun yalandanıçanlrı düşmən saymasını bildiyimdən bəri yalan danışmamışam. Sizin aranızda düzlükdə məşhur olnalar var ki, mənim sözlərimi təsidləyir. Cabir inb Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Ənsari, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malikdən soruşun ki, Allahın Rəsulundan (s) eşitdiklərini danışsınlar və mənim sözümün düzlüyü sizin üçün sübut olsun. Bu şahidlik mənim qanımı tökməınizin qarşısını almaz?! (Biharül-ənvar, c.45, səh. 6)
□ Döyüşün başalanması
Ömər ibn Səd, imam Hüseynin (ə) qoşununa yaxınlaşdı. Oxu kamana qoyub o həzrətin qoşununa tərəf atdı və dedi: "Hamınız Übeydullah ibn Ziyadın yanında şahidlik edərsiniz ki, ilk olaraq mən, onlara tərəf ox atdım.”
Beləliklə rəsmi şəkildə döyüş başladı. İmamın (ə) əshabından hər biri bərabər omayan döyüşdə düşmən qüvvəsindən onlarla şəxslə və ya təkbətək döyüşə qoşuldu. Onlarda heç bir qorxu və şübhə görünmürdü. Onların belə bir etiqadla döyüşkənlik ruhiyyəsinə malik olması, düşmənin belini sıdırırdı. Elə düşünürüdülər ki, imam Hüseynnin (ə) qoşunu, elə döyüşühün ilk əvvəlində məğlub olacaq. Lakin döyüş başladıqdan sonra anladılar ki, iman və əqidə ilə möhkəmlənmiş qala ilə üzləşiblər və onları məğlub etmək asan iş deyil.
İmam Hüseynin (ə) köməkçiləri aşura gününün sübhündən əsrədək döyüşə davam etdilər. Axrıncı damla qanlarındək imam Hüseyni (ə) müdafiəsi üçün canfəşanıq edirdilər. Onlardan Həbib inb Məzahir, Müslim ibn Ösəcə, Hürr ibn Yəzid Riyahi, Zöhəyr ibn Qeyn, Hafe ibn Həlal, Bürəyr ibn Xəzir, Əbbas ibn Əbi Şəbib və onlarla qəhrəmanlıq və mərdilik nümunəsini saymaq olar.
□ Aşura gününün zöhr namazı
Zöhr namazının vaxtı gəlib çatdıqda Əbu Səmamə Soydavi imam Hüseynə (ə) ərz etdi: " Ey Əba Əbdillah, qurbanın olum, bu dəstə bizə yaxınlaşıb. And olsun Allaha ki, mən sizdən tez şəhid olmalıyam. İstəyirəm ki, sizinlə namaz qıldıqdan sonra Alllahla görüşüm!”
O həzrət başanı səmaya qaldırıb, buyurdu: Namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin.” O zaman, Zühəyr ibn Qeys və Səid ibn Əbdullaha göstəriş verdi ki, onların namaz qılması üçün o həzrətin önündə dursunlar. İmam (ə), köməkçilərinin yarıısı ilə birlikdə "xövf” namazı qıldı. ("Yənabiül-məvəddə”, c.3, səh. 70, - "Biharül-ənvar”, c.45, səh. 21).
□ Bəni Haşimin şəhadəti
İmam Hüseynin (ə) köməkçiləri, bir-bir, misilsiz və qəhrəmanasına mübarizə edib şəhadət dərəcəsinə nail olduqduqan sonra, imamət məqamını müdafiəsi uğrunda fədakarlıq göstərməyə başladılar.
□ Kərbəla səhrasının Səqqası - həzrət Əbülfəzl Əbbas (ə)
Həzrət Əbbas (ə) Ümmül-Bəninin (ə.s) böyük övladı, Əmirəlmömininin (ə) dördüncü oğludur. Künyəsi Əbulqasim, ləqəbi Səqqa, imam Hüseyn qoşununun (ə) Ələmdarıdır. Gözəl görünüşlü oldğu üçün ona, "Qəməri-Bəni-Haşimin” (Bəni-Haşimin Ayı) deyirdilər. Qədd-qaməti o qədər uca idi ki , ata səvar olanda mübarək ayağı yerə çatırdı. (Məqatilul talibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39). O həzrətin bərəkəti ömrü 34 idi. Məsumlardan beş şəxsin müasiri idi. İmam Sadiq (ə) buyurub: Əmim Əbbasın (ə) nüfuzlu bəsirəti və möhkəm imanı var idi. İmam Hüseynin (ə) kənarındna yaxşı mübarizə edib şəhadətə çatdı. (Məqatilul-talibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39).
Rəvayətdə var ki, həzrət Əbbas(ə) imam Hüseynin (ə) məzlumluğunu görüb, onun hüzununa özünü yetirib ərz etdi: "Meyadan getməyə mənə icazə verirsənmi?!”
İmam, bu sözü eşitdikdən sonra bərk ağladı və buyurdu: "Ey qardaş, sən mənim bayraqdarımsan!”
Ərz etdi: Ürəyim sıxılır, dünyadan yorulmuşam, istirəm ki, bu münafiqlərlə döyüşəm.” İmam buyurdu: "İndi ki , müydana getməyi qərara almısan, öncə bu kiçiklər üçün bir az su gətir.” O zaman Bəni-Haşimin Qəməri atına süvar oldu, tuluq və nizəsini götürdü və Fərata yol aldı. Ömər ibn Sədin dörd min oxçusu, Fərat çaıyının şəttinin ətrafını sarıb qoruyurdu. Ona tərəf ox atmağa başladırlar. O şücaət nümunəsi, şir kimi düşmən ordusunun sıralarını yarıb, kafilərdən yetmiş nəfəri öldürdü. Düşmən ordusu həzrət Əbbasın (ə) şücaəti qarşısında çarəsiz qalıb nə edəcəyini bilmirdi. Ətrafa dağılışmağa başladılar. O, fərata çatdı, istədiki bir qədər su içsin. Sudan bir ovuc götürdü. Amma imam (ə) və onun əhli-beytini xatırlayıb suyu çaya tökdü. Tuluğu doldurub suzuz dodaqlarla Fəratdan xaric oldu.
Ömər ibn Sədin ordusu hər tərəfdən onun yolunu bağalayıb mühasiryə aldılar. Heç zaman qorxmayan Əbbas (ə) qorxmazlıqda misilsiz idi. Sürətlə onlara hücum etdi. Öz yolununa davam edirdi ki, birdən Nofəl Əzrəq onun sol əlinin kəsib ayırdı. Tuluğu sol tərəf görürdü. Yenə də o məlun ona tərəf hücum etdi, sol əlini də kəsib aıyrdı. (başqa bir rəvayət görə Həkim ibn Tufeyl məlun, bir ağacın arxasında gizlənib Bəni-Haşim Qəmərinin (ə) qolunu kəsdi. Əbbas tuluqu sinəsinə yapışdırdı. Onun möhmək dişinə sıxdı. Birdən bir ox tuluğa dəydi və onun suyu töküdü. Sonra onun sinəsinə və gözünə ox vurdular. Bir rəvayət əsasən bir məlun o həzrətin mübarək sinəsinə nizə vurdu və o atın üstündən yerə düşdü. O zaman idi ki, qardaşını səslədi. İmam yubanmadan ata süvar olub özünü həzrət Əbbasa yetirdi. Onun yaralardan parça-parça olmuş bədənin yanında şiddələ ağıadı və buyurdu: "İndi belim sındı. Çarəsiz qaldım. O zaman həzrət Əbbas (ə) canını Yaradana təslim etdi, başdan-başa eşq, mərifət və fədakarlıqla dolu olan ruhu Canana tərəf qanad çaldı. (Məqtəlül-Hüseyn (ə), məqrəm: səh. 282- Təzəllümi-Zəhra (ə) səh. 120)
□ Sonuncu vida
İmam Hüseynin (ə) yaxınları və köməkçiləri şəhid olandan sonra, o, tək-tənha Ömər ibn Sədin qoşununun önündə "Həl mən nasirun yənsuruni” (mənə bir kömək edən yoxdur?) deyə fəryad etdi ki, bəlkə ürəyi oyaq bir müsəlman küfr ordununa qarşı onun köməyinə gəlsin. O qəlbi korolmuşların heç bir cavab vermədi. İmam (ə) öz əhli-beyti (ə) ilə sonuncu dəfə vidalaşmaq üçün xeymələr gəldi. Onlar xeymələrdən çölə çıxıb həzrətin ətrafına yığıldılar. İmam onları səbrə çağırıb buyurdu: "Çətinliyə hazır olun, bilin ki, Allah taala sizi qoruyur. Tezliklə sizi düşmənlərin şərrindən qurtaracaq. Sizin axrınız xeyirə, düşmənlərinizi isə müxtəlif bəlalara salacaq.” (Nəfsul-məhmum, səh. 355).
Qadın və qızların şivəni və ağlamaq səsi ucalmışdı və imam hər kəsə təsəlli verirdisə onu, sakit olurdu.
□ Şəhidlər rəhbəri həzrət Əba Əbdillahil Hüseynin (ə) şəhadəti
Imam Hüseyn (ə) bütün Əhli-bety və əshabını itiridiyi halda Ömər ibn Sədin qoşunu qarşsında tək-tənha qalmışdı. Onalra sonunu dəfə nəsihət etdikdən sonra özünü şəhadətə hazır etdi. Öncə döyüşmək üçün onlardan mübariz tələb etdi. Allahın şirinin övladının qarşısında hər kim çıxırdısa həlak olub torpağa düşürdü. Beləliklə düşmənin çox sayda güclü pəhləvan döyüşçüləri məhv oldu. Ondan sonra meydana gəlmək üçün heç bir kəsdə cürət yox idi. Bəziləri yazır: İmam Hüseyn (ə) düşmən ordusudan min doqquz yüz əlli nəfəri qətlə yetirdi. Nəhayət Ömər ibn Səd fəryad çəkdi: "Vay olsun sizə! Bilirsiniz ki, kimlə döyüşürsünüz? (Haza qəttalul-ərəb). Bu, ərəbləri öldürən Əli ibn Əbu Talibin övladıdır.” Sonra göstəriş verdi ki, imamı (ə) hər tərəfdən mühasirəyə alıb, ona hücum etsinlər. ("Müntəhayül-əmal”, beşinci bölüm, üçüncü məsələ, səh. 541). İmam qəzəbli bir şir kimi onlara hücum edir və hər hücumda onlardan bir çoxunu öldürürdü. İsti hava və çox susuz halda mübarizə etmək, taqətini azaltmışdı. İtirahət etmək üçün bir an dayanmışdı ki, bir daş mübarək alnına dəydi. Mübarək üzündən qanı təmizləmək üçün öz paltarını götürdü. O zaman bir üç başlı, dəmir və zəhərli ox həzrətin mübarək sinəsinə batdı. İmam oxu (kürəyindən) çıxartı. Sinəsindən axan qanın altına əlini tutdu, qanı səmaya səpdi və o qandan, bir damcı da, yerə düşmədi. Yenə də mübarək əlini o qanla doldurub öz üzünə sürtdü və buyurdu: "Cəddim Rəsulullahla (s) belə görüşüm və deyim ki, məni filan və filan şəxs öldürdü.” ("Məqtəli-xarəzmi”, c. 2, səh. 39- "Biharül-ənvar”, c.45. səh. 53). Sonra Ömər ibn Sədin ordusu hər tərəfdən imama (ə) ox və nizə atdılar. Deyirlər ki, həzrətə o qədər ox dəydi ki, onun zirehi oxla doldu. Bütün o oxlar, həzrətə öndən dəymişdi. (Mənaqibi-Ali- Əbi Talib (ə), c. 4, səh. 111). Saleh ibn Vəhəb Mozni, imamın (ə) mübarək böyrünə nizə vurdu. Onun təsiridən həzrət atdan yerə yıxıldı, üzünün sağ tərəfi üstə yerə düşdü və buyurdu: "Bismillahi və billahi və əla milləti rəsulillah” . Bəziləri yazır: İmamın pak bədəni, (nisbətən çox) bir müddət Kərbəla torpağında idi. O həzrət öz qanına boyanıb , yerdə (çapalayırdı) dolanırdı. Lakin heç kəsin ona yaxınlaşmağa cürəti yox idi.(Kamil ibn Əsir, c.4, səh. 78).
İmam (ə), son anlarında Rəbbinə belə münacat edirdi: (Səbrən əla qəzaik, ya Rəbbi, la ilahə illah sivak, ya
Ğiyasəl-müstəğisin! Məqtəlül-Hüseyn (ə) Bu anda, Şümür öz qoşununa fəryad edib dedi ki, "nə gözləyirsizniz, nə üçün Hüseynin işini bitirmirsiniz?!”
□ Xeymələrin qarət olunması
Ömər ibn Sədin qoşunu, imam Hüseynin (ə) şəhadətindən sonra, o həzrətin xeymələrinə soxuldular. Onlar, bu işdə bir-birləri ilə yarışır, xeymələrdə olan hər bir şeyi yağmalayırdı. Hətta Əhli-beytin (ə) məqamına ehtiram etməyib onların zinət əşyasını, paltar və çarıdırını zorla alıdılar. Sonra xeymələrə od vurdular. O zaman, uşaqlar və qadınlar xeymələrdən çölə çıxdılar. Canlarını qorumaq üçün qızmar və tikanla dolu səhrada dörd tərəfə qaçırdılar...("Lühuf”, səh. 180, -"Biharül-ənvar”, c.45, səh. 57).


скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))