sitename

Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: "O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: İbni Tavus "İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir. 1. Yüz rükət namazdır ki, hər bir rükətində "Həmd” və "Tövhid” surələri oxunur. 2. İki rükətli namazdır ki, birinci rükətdə "Həmd” və "Ənam” və ikinci rükətdə isə "Həmd” və "Yasin” surəsi oxunar. 3. İkirükətli namazdır ki, hər bir rükətində "Həmddən” sonra 11 dəfə "Tövhid” surəsi oxunar. Peyğəmbərdən (s) nəql edilir: "Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyr iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.

Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: "Hər kim bu günü oruc tutarsa, Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi".
İmam Rzadan (ə) nəql edilir: "Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətverən...”.

Üçüncü gün: Həzrət Yusifin (ə) zindandan azad olduğu gündür. Kim həmin günü oruc tutarsa, Allah Təala çətin işləri onun üçün asan edər. Qəmi ondan uzaqlaşdırar. Duası qəbul olar.

Doqquzuncu gün: Tasua günüdür. İmam Sadiqdən (ə) nəql edilir: "Tasua o gündür ki, İmam Hüseyni (ə) və tərəfdaşlarını Kərbəlada mühasirəyə aldılar. Şam ordusu Həzrətlə döyüşmək üçün dairə qurdu. İbni Mərcanə və Ömər Səd ordunun çoxluğuna görə sevinirdilər. İmam Hüseyni (ə) və səhabələrini zəif hesab edirdilər. Yəqin etdilər ki, Həzrətin köməyinə heç kim gəlməyəcəkdir. İraq xalqı ona yardım etməyəcəkdir”.

Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz rükət namazdır ki, hər rükətində "Həmd” surəsindən sonra üç dəfə "tövhid” deyilir və sonra bu duanı oxuyursan: "Allah münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur. Allah böyükdür”.
Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində "Həmddən” sonra "Ayətil-kürsünün” hər hansı ayəsi, "Tövhid”, "Nas”, "Fələq” surələrini on dəfə oxumaq. Salamdan sonra yüz dəfə "Tövhid” surəsini oxumaq. Başqa bir namaz dörd rükətli namazdır ki, hər rükətində "Həmddən” sonra 50 dəfə "Tövhid” surəsini oxumaqdır. Bu namaz Əmirəl-möminin (ə) namazına bərabərdir və çox fəzilətlidir. Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa, düşmənlərə lənət deyin. Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir. Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.

Aşura günü: Həzrət Hüseynin (ə) şəhid olan günüdür. Bu gün Məsumların (ə) və onların davamçılarının qəm və qüssə günüdür. Bu gün yaxşı olar ki, müsəlmanlar dünya işləri ilə məşğul olmasınlar. Göz yaşı tökərək, mərsiyə desinlər. Həzrətə əzadarlıq keçirtsinlər. Sanki övladları və yaxın əzizlərinin əzadarlığını keçirmiş kimi, bu işə şövqlə yanaşsınlar. "Aşura" ziyarətini oxuyaraq, Həzrəti (ə) ziyarət etsinlər. Həzrətin qatillərinə lənət oxusunlar. Həmin günü oruc tutmayın, ancaq yemək və içməyə meyl göstərməyin. Əsrdən sonra müsibət əhlinin iftar etdiyi yeməklərdən yeyin. Qatıq, süd kimi. Əllamə Məclisi buyurmuşdur: "Yaxşı olar ki, Məhərrəm ayının doqquzuncu və onuncu günü oruc tutmayasınız. Çünki Bəni-Ümməyə bərəkət olsun deyə bu iki günü oruc tutmuşdular. Yalan deyərək, bu iki gündə oruc tutmağın fəzilətli olmasını Peyğəmbərə (s) nisbət vermişdilər. Əhli-Beyt (ə) bu iki gün haqqında çox sayda hədis nəql etmişdir. Bu iki gün, xüsusilə də Aşura günü məzəmmət edilmişdir".
Həzrət Rzadan (ə) nəql edilir: "Hər kim Aşura günü öz ehtiyaclarını unudar, iş dalınca getməz, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kim Aşura günü qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun sevincli və xoşhal olan günü edər. Behiştdə nəzərləri bizimlə aydın olar. Hər kim Aşura günü bərəkət günü adlandırar, həmin günü evi üçün nəyisə alarsa, Allah aldığı şeyi onun üçün mübarək etməz. Qiyamət günü Yezid, Ubeydullah ibni Ziyad və Ömər ibni Sədlə məhşur olar".
Ona görə də bu günü insan başqa işlə məşğul olmamalıdır. Ağlamalı və mərsiyə deməlidir. Ev əhlinə göstəriş verin ki, o Həzrətin əzasını saxlasınlar. Matəm və əzadarlıqla məşğul olsunlar.
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Məbəs gününün əməlləri
Məbəs gününün əməlləri
Rəcəb ayının ilk cüməgecəsindən qafil olmayın,
Rəcəb ayının ilk cüməgecəsindən qafil olmayın,
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
"Mövlud Günü"nün əməlləri:
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Hacı Ələmdar Muhərrəm ayı Aşura günü - 24.10.2015
Hacı Ələmdar Muhərrəm ayı Aşura günü - 24.10.2015
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Qurban bayramının namazı
Qurban bayramının namazı
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Leylətul-Rəğaib
Leylətul-Rəğaib
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Daha çox oxumaq istəyirsən? )))