sitename
» » » Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Saytın xəritəsi Saytın xəritəsi

Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası

Şükür olsun o Allaha ki, bizi öz həmdinə hidayət etdi. Onun nemətlərinin şükürünü yerinə yetirmək üçün bizi şükr edənlərdən etdi. Həmin şükrümüzə görə xeyirxahlara verdiyi savablarla mükafatlandırdı.

Şükür olsun o Allaha ki, öz dini ilə hidayət tapmağı bizə bəxş etdi, İslama daxil etdi. Bizi öz ehsan (yaxşı) yoluna gətirdi ki, onun nemətinin vasitəsi ilə razılığını qazanaq. Ona elə həmd edirik ki, bizdən qəbul etsin və onunla bizdən razı qalsın. Və həmd olsun o Allaha ki, aylarından birini Ramazan (Orucluq) ayını — Oruc ayı, İslam ayı, paklıq ayı, günahlardan təmizlənmə ayı, qalxınış ayı olaraq ehsan aylarından biri etdi. Bir ay ki, insanları hidayət edən, doğru yolu bəyan edən və haqqı batildən ayıran Quran həmin ayda nazil oldu. Bu ayı çoxlu hörmətlərinə və aşkar fəzilətlərinə görə digər aylardan üstün etdi. Digər aylarda halal olanı bu ayda onun əzəmətinə görə haram etdi. Onun hörmətini saxlamaq üçün gündüzlər yeməyi və içməyi yasaqladı və onun üçün aydın vaxt müəyyənləşdirdi. Əziz və Cəlil olan Allah həmin vaxt həddini aşmağa, nə geridə qalmağa, nə də irəli keçəməyə icazə vermir. Sonra isə onun gecələrindən birini min aydan üstün edib Qədr gecəsi adlandırdı. Həmin gecə Ruh və mələklər Rəbblərinin izni ilə Onun təyin etdiyi hər bir iş üçün yerə enirlər. O gecə, dan yeri sökülənə kimi mələklərin daimi və bərəkətli salamı sarsılmaz müqəddərata əsasən istədiyi bəndələrinə şamil olur.

İlahi! Muhəmməd (s) və onun sülaləsinə salavat göndər və onun üstünlüyü və fəzilətini qavramağı bizə ilham et. Bizi bu ayda haram etdiyin işləri görməkdən saxla. Bizə kömək et ki, üzvlərimizi günahdan saxlayıb Sənin razı olduğun yolda işlətməklə bu ayın orucunu elə tutaq ki, qulağımız boş sözlər eşitməsin, gözlərimizlə ləhv-ləəbə doğru tələsməyək (harama baxmayaq), əllərimizi harama uzatmayaq, ayaqlarımızla harama doğru getməyək, qarnımız Sənin halal elədiyindən başqa heç bir şeyi özündə yerləşdirməsin, dilimiz Sənin əmr etdiyindən başqa söz danışmasın. Bizi savaba yaxınlaşdıran halaldan başqa heç nə üçün zəhmət çəkməyək. Sənin əzabından saxlayan işdən başqa bir iş görməyək. Bütün bu əməlləri riyakarlıqdan və başqalarının eşitməsi üçün yerinə yetirməkdən saxla ki, biz bu əməlimizdə Sənə şərik tutmayaq və Səndən başqa bir məqsədimiz olmasın.

İlahi! Muhəmmədə (s) və onun sülaləsinə salavat göndər. Bizi bu ayda hökmünü təyin etdiyin, vacibini vacib vəzifə və vaxtlarını müəyyənləşdirdiyin beş namazın vaxtı ilə tanış et. Bizi elə adamlardan et ki, namaz qılanda onun şənini bilir və ərkanlarını yerinə yetirirlər və namazı Sənin bəndən və Peyğəmbərin — Sənin salavatın ona və onun sülaləsinə olsun — səcdə və rükudan tutmuş bütün fəzilətləri ilə müəyyənləşdirdiyi kimi və tam paklıq, təvazökarlıq və yetərliliklə qılırlar. Bizə bu ayda öz qohum-əqrəbalarımıza münasibətdə yaxşılıq etməkdə müvəffəqiyyət ver. Elə et ki, ehsan və yaxşılıqla qonşularımızı anaq, mallarımızı haramdan təmizləyək və onların zəkatını verək, bizdən uzaqlaşana yaxınlaşaq, bizə zülm edənlə insafla davranaq, Sənə və Sənin yoluna düşmən olandan başqa bizə düşmənçilik edənlə barışaq. Çünki, Sənə düşmənçilik edən düşməni sevmirik, onlar elə bir qrupdur ki, onlarla dostluq etmərik. Bizə bacarıq ver ki, bu ayda günahdan təmizləyən yaxşı işlər görməklə Sənə yaxınlaşaq. Bizi bu ayda pisliklərlə ünsiyyətdə olmaqdan qoru. Elə ki, əməlləri yazan mələklərin heç biri bizim itaətimizin və Sənə yaxınlaşdıran əməllərimizin azlığından başqa günahı Sənə göstərməsinlər.

İlahi! Mən bu ayın xatirinə və Peyğəmbərin (s) xatirinə və yaxın mələklərin, bu ayın başlağıcından sonuna kimi ibadətdə çalışanların hamısının xatirinə, seçdiyin saleh bəndənin xatirinə Səndən istəyirəm ki, Məhəmmədə (s) və onun sülaləsinə salavat göndərəsən. Bizi də həmən ayda övliyalarına verdiyin vədlərdən yararlandırasan. İtaətində çalışanlara lazım bildiyini bizə də lazım biləsən. Öz mərhəmət və mehribanlığınla bizi ən yüksək mərtəbədə olan ləyaqət sahibləri sırasında yerləşdirəsən.

İlahi! Muhəmmədə (s) və onun sülaləsinə və küfrə qapılmaqdan, Sənin dinində şübhəyə düşməkdən, Sənin yolunu görməkdə kor olmaqdan, hörmətinə səhlənkarlıq etməkdən, düşmənin olan qovulmuş İblisə uymaqdan uzaq et!

İlahi! Muhəmmədə (s) və onun sülaləsinə salavat göndər. Bu ayımızın gecələrindən hər birində Sənin əfvinlə azad olmuş ya güzəştindən yararlanmış bəndən varsa, bizi onlardan qərar ver. Bizi bu ayımız üçün yaxşı adamlardan və səhabələrdən qərar ver.

İlahi! Muhəmmədə (s) və onun sülaləsinə salavat göndər, ayın azalması ilə bərabər günahımızı da azalt! Günlərinin qurtarması ilə bizim də günahlarımızı elə sil ki, bu ay qurtaranda bizi də günah çirklərindən təmizlənmiş və pisliklərdən xalisləşdirilmiş edəsən.

İlahi! Muhəmməd (s) və onun sülaləsinə salavat göndər. Biz bu ayda haqdan dönsək, bizi haqqa qaytar. Əyri yola getsək, düz yola gətir, Sənin düşmənin olan şeytan bizi əhatə etmiş olsa, onun əlindən qurtar.

İlahi! Orucluq ayını Sənə etdiyimiz ibadətlə doldur və onun vaxtlarını Sənə itaət etməyimizlə bəzə. Gündüzü oruc tutmağımıza, gecəni namaz qılıb Sənə yalvarmağımıza və Sənə təvazökar olmağımıza və əzəmətinin qarşısında zəlil olmağımıza kömək et ki, bu ayın gündüzləri əməldən qafildən olmağımızın, gecələri isə səhlənkarlığımızın şahidi olmasın!

İlahi! Bizi diri olduğumuz digər aylarda və günlərdə də belə vəziyyətdə saxla! O saleh bəndələrdən et ki, behişti irs aparır və orada əbədidirlər. Sədəqə verərkən Rəbblərinə qayıdacaqlarını düşünürlər, xeyir işlərdə tələsir, təşəbbüskarlıq göstərirlər.

İlahi! Muhəmmədə (s) və onun sülaləsinə salavat göndər — bütün vaxtlarda və anlarda və bütün hallarda — hər hansı adamlara göndərdiyin salavatların sayı qədər, ondan da artıq və Səndən başqasının sayı bilməyəcəyi qədər, çünki, Sən istədiyini edənsən

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:
Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Qurani Kərimin cazibədarlığı
Qurani Kərimin cazibədarlığı
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
ZİKRLƏRİN TƏRCÜMƏSİ
ZİKRLƏRİN TƏRCÜMƏSİ
Namazın sözləri və tərcüməsi
Namazın sözləri və tərcüməsi
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Sənə yaxşılıq edənin haqqı budur ki
Sənə yaxşılıq edənin haqqı budur ki
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə günü
Mübahilə günü
Qurban bayramının namazı
Qurban bayramının namazı
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Xoş gəldin Ramazan! Bu Gecənin əməlləri
Xoş gəldin Ramazan! Bu Gecənin əməlləri
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))