İmam qeybdə olan zaman dua etmək İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: "Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: «Ğəriq» duası necədir? Buyurdu: Deyirsən:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
"Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!” Mən dedim:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ
"Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!” Buyurdu: "Əlbəttə, ki, Allah-taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:
يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ
"Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!”
Bismilləhir- Rəhmənir-Rahim.Ya Allahu,
Ya Rahmanu,Ya Rahim,Ya Muqallibəl Qulubi Səbbit Qalbi Əla Dinikскачать dle 10.3фильмы бесплатно
Veb-saytın materiallarından istifadə zamanı istinad www.ehlibeyt.info zəruridir!!!
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)
Cəlilabad+6, Ağdam +12, Astara +3, Dəvəçi +3, Gəncə +14, Lənkəran +3, Naxçıvan +17, Ordubad +15, Qazax +18, Quba +6, Sabirabad +6, Sumqayıt +1, Şamaxı +5, Şəki +10, Şirvan +4, Şuşa +13, Yevlax +10, Zaqatala +13
Sorğu
Saytdan xoşunuz gəlirimi?