sitename
» » » Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Saytın xəritəsi Saytın xəritəsi

Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?

"Təvəssül” sözü "vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir. Həzrət Peyğəmbəri (s) və ya İmamlardan (ə) birini Allah dərgahında vasitə qərar veririk. Bu yolla Allahdan hacətimizi istəyir və onlara xatir günahlarımızın bağışlanmasını istəyirik. Onları Allah yanında öz şəfaətçimiz qərar veririk.

Təvəssül məsələsinin Quranda kökləri vardır. Məsələn, oxuyuruq: "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. ("Maidə” 35).

Vasitə sözünün geniş mənası vardır. Allah dərgahına yaxınlaşdıran hər bir iş və hər bir şey vasitə hesab edilir. Necə ki, İmam Əlidən (ə) "Nəhcul-bəlağə”də qeyd edirlər: "Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə – Allaha və Onun Peyğəmbərinə (s) iman bəsləmək, Allah yolunda cihad etməkdir ki, İslamın dağ başında olan qalasıdır. Həmçinin, ixlas kəlməsi olan (Lə İləhə İlləllah) tövhidin fitrətidir. Namaz qılmaq ki, İslamın ayinidir. Zəkat vacibatdır, Ramazan ayının orucu ki, İlahi günahın qarşısındakı qalxandır. Həcc və ümrə yoxsulluğu uzaqlaşdırar və günahları yuyar. Sileyi-rəhm sərvəti çoxaldar və ömrü uzadar. Gizli infaq günahları aradan aparar, aşkar infaq isə ani və pis ölümləri uzaqlaşdırar. Yaxşı işlər insana süqut etməkdən nicat verər”.

 

Allaha yaxınlaşmaq vasitələri: peyğəmbərlər (ə), İmamlar (ə), saleh bəndələrdir. Həmçinin Peyğəmbərin (s) və İmamların (ə) getdiyi yolla getmək bizi Allaha yaxınlaşdırar.

Bunu qeyd etmək yerinə düşər ki, təvəssül o demək deyildir ki, Peyğəmbərdən (s) və ya İmamlardan (ə) müstəqil şəkildə nəyisə istəyirik. Əksinə, təvəssül o deməkdir ki, saleh əməl, Peyğəmbər (s) və İmamların (ə) ardınca getməklə Allaha onların məqamını and verməklə nəyisə istəyirik. Bu təvəssüldə şirkin heç bir iyi və qoxusu yoxdur. Bu təvəssül həmçinin Quran ayələrinin əksinə də deyildir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təaladan mənim üçün vasitə istəyin ki, vasitə behiştdəki dərəcədir. Bir nəfərdən başqası ora çatmaz və ümid edirəm ki, Allahın o bir bəndəsi mən olum”.

Əgər vasitə sözünə diqqətlə nəzər salsaq, görərik ki, Peyğəmbərin (s) Allah yanındakı məqamı deməkdir. Həzrət (s) bu məqamın sayəsində Allaha yaxınlaşa bilir. Ali-Tahiri və ondan sonra isə saleh bəndələr Həzrətə (s) qoşulurlar. Biz Peyğəmbərin (s) ətəyindən yapışırıq.

Qurana nəzər salsaq, təvəssülün çox sayda nümunəsinə rast gəlmək olar. Onlardan biri də Yusifin (ə) qardaşlarının Həzrəti Yəquba təvəssül etməkləri olmuşdur. "(Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik»”. ("Yusif” 97).

"Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır»”. ("Yusif” 96).

 

Həzrət Peyğəmbərə (s) təvəssül etmək.

"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. ("Nisa” 64).

Bu ayə açıq şəkildə bəyan edir ki, Peyğəmbərin (s) sorağına gedin və onu Allah dərgahında şəfaətçi qərar verin. Çünki onun günahkar üçün istiğfar etməsi təsiredicidir. İlahi rəhmətə səbəb olar. Əgər təvəssül şirkdirsə, onda bu ayə nə deyir? Quran günahkarlara necə belə bir əmr verə bilər ki?

Bəli, təbiidir ki, Peyğəmbər (s) günahları bağışlamır. O, ancaq Allahdan bağışlanma diləyə bilər. Yəni, Həzrət (s) öz məqamına və dərəcəsinə istinad edərək, günahkarlar üçün istiğfar istəyə bilər. 


(Tebyan Deyerler.org)

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
NÜDBƏ DUASI
NÜDBƏ DUASI
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İMAM XOMEYNİ VƏ RAMAZAN AYI
İMAM XOMEYNİ VƏ RAMAZAN AYI
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
İman
İman
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Mübahilə günü
Mübahilə günü
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Gecə namazı
Gecə namazı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))