• Azerbaycan
  • Sualını yaz
  • İslam Tarixi
    • Şiə tarixi
    • Vahabi cəryanı
  • Xanimlar üçün
    • Ailədə Qadın
    • Fiqhdə Qadın
    • Analar Bilməlidir
    • Faydalı Məsləhətlər
  • Русский Язык
    • Биография 14-мясум
    • Коран
    • Хадисы
    • Общие сведения
    • Намаз и дастамаз
  • Qeydiyyat
  • Daxil ol

Ehlibeyt.infoEhlibeyt.info

  • Əvvəl
  • Qurani-kərim
    • Quran
    • Surələrin Fəziləti
    • QURANI KƏRIM (video)
    • Quranı Kəlmə-Kəlmə oxunuşu
    • QURANI KƏRIM (Audio)
    • Quran Fl Ər
    • Quran Fl Az
    • Quran Fl Ru
    • Quran Fl en
    • Virtual M
  • 14-MƏSUM
    • Həzrət Muhəmməd (s)
    • İmam Əli (ə)
    • Xanım Fatimeyi-Zəhra (s.ə)
    • İmam Həsən (ə)
    • İmam Hüseyn (ə)
    • İmam Səccad (ə)
    • İmam Muhəmməd Baqir (ə)
    • İmam Cəfər Sadiq (ə)
    • İmam Museyi-Kazim (ə)
    • İmam Rza (ə)
    • İmam Muhəmməd Təqi (ə)
    • İmam Əliyyən Nəqi (ə)
    • İmam Həsən Əskəri (ə)
    • İmam Məhdi (ə)
    • Pak sulalə
  • Hövzə
    • Ərəb dili
    • Fars dili
    • Əqaid dərsi
    • Quran Dərsi
    • Fiqh Təlimi (dərs)
  • Şəriət
    • Dəstnamaz
    • Qusullar
  • Arşdırma
    • Araşdırmalar
    • Hədis
  • Namaz Dua
    • Namaz Qılmağı Öyrən
    • Namaz Vaxtları
    • Vacib Namazlar
    • Müstəhəb Namazlar
    • Dualar
    • Zkirlər
    • Dualar dinlə və yüklə
    • Ziyarətnamələr
  • Üsul Füru
    • Tövhid
    • Məad
    • Nübuvvət
    • Oruc
    • Cihad
    • Həcc
  • Video Xutbələr
    • Hacı Əhliman
    • Hacı Samir
    • Hacı Rəşad
    • Hacı Rza
    • Hacı Əlmdar
    • Kərbəlayı Əli
    • Kərbəlayı Ağadadaş
    • Ramazan Moizələri
    • Mühərrəm Moizələri
    • Nəhcül Bəlağə verliş
    • Təqvaya doğru (Əbu Suamli duası)
    • Abu Zeydə rəddiyə
    • Dini Suallara cavab
    • İmam Zaman (ə.f) verilişində
    • Təfsir Dərsi
    • Dinlə Tanişliq Verlişi
    • Dini filimlər
    • Dini Kiliplər
    • Məclislərimiz (xususi çəklişlərimiz)
    • Cizgi-filimi
  • Aylar
    • Məhərrəm
    • Səfər
    • Rəbiül-əvvəl
    • Rəbiüs-sani
    • Cəmadiül-əvvəl
    • Cəmadiüs-sani
    • Rəcəb
    • Şə`ban
    • Ramazan
    • Şəvval
    • Zi-qə`də
    • Zi-hiccə
  • Umumi
    • Nəhcül-bəlağə
    • Şəxsiyyətlər
    • Marağlı Məlumatlar
    • Məqalələr
    • İbrətamiz Hekayə
    • Şeir və Qəzəllər
    • Mövlud və Şəhadətlər
    • Yalnız Mömünlərə
    • Esmaül-Hüsna
    • İslam Əxlaqı
    • Tibb
    • Yuxu yozmaları
    • Suallarla İslam
    • Xəbərlər
    • Fəlsəfə
    • Müqəddəs Məkanlar

Shia.az » Arşdırmalar » Səhabələri Tanıyaq » Əbu Hureyrənin əvvəli və sonu: 1

  

Əbu Hureyrənin əvvəli və sonu: 1

Müəllif :Vusal Tarix : 10-02-2015, 15:27 Bölmə :Səhabələri Tanıyaq 0 Şərhев : 0

Əbu Hureyrənin əvvəli və sonu: 1

1) Bura kimi qeyd etdiklərimiz adı dillər əzbəri olmuş məşhur səhabənin haqqında ümumi xarakterli məlumatlar idi. İndi isə onun barəsində sənəd hesab edilən kitablardan bir neçə nümunə göstərmək istəyirik. Təbii ki, müraciətimiz və qənaət (nəticə) əldə etmə metodumuz yalnız düşünən və təəssübkeş olmayan insanlar üçün keçərlidir. Göstərdiyimiz dəlillər və nümunələr əhli-sünnə məzhəbinin böyük rical və tarixçi alimləri tərəfindən qələmə alınmışlardır. Sözsüz ki, onlar qeydə aldıqlarını Əbu Hureyrəni mədh etmək üçün və onu ana-ata tərəfindən gördükləri tərbiyələrinə söykənərək sevdikləri halda tanıtdırıblar. Lakin, tarixə və insanlara gizli qalmamış bir qrup həqiqətləri ya məcburiyyətdən, ya da fərqinə varmadan aşkar ediblər ki, biz də məhz həmin nöqtələri və nisbətən qapalı olan həqiqətləri göstərməyə çalışacağıq.

Əbu Hureyrənin islama qədərki və islamdan sonraki durumu haqqında dəyərli əhli-sünnə alimi Zəhəbi[1]belə yazır:

"Əbu Hureyrə əd-Dusi əl-Yəməninin məşhur adı Abdullah ibn Saxrdır. Cahiliyyət vaxtı isə adı Əbduş-şəms idi. Öz dediyinə əsasən, atası ona "əbu-hureyrə” künyəsini verib. Çünki, (o deyir ki) mən qoyun otarırdım və bir gün vəhşi çöl pişiyinin balalarını tapdım. Atam onları görüb səslərini eşidəndə əhvalatı ona danışdım və o mənə həmin zaman "əba-hirr” deməyə başladı. Halbuki, adım əbduş-şəms (günəş qulu) idi.

Əbu Hureyrə Mədinəyə Xeybərin fəthi gecələrində gəlmişdi. O Allah rəsulu (s), Əbu Bəkr, Ömər, Ubey ibn Kəb və Kəbdən (kəbul-əhbar) rəvayət əzbərləyib, ondan isə çoxları (bəzi səhabələr və tabeinlər) hədis nəql edib.”[2]

Eyni kitabın digər səhifəsində isə Zəhəbi belə yazır:

"Deyirlər ki, o, enli kürək, qabaq dişləri aralı, qırmızı rəngə boyandığı iki hörüyü var idi. Fəqir səhabələrindən idi. Həmin o fəqir səhabələrdən ki, aclıq və yoxsulluğu dadmışdılar. Allah rəsulunun (s) rehlətindən sonra isə halı yaxşılaşdı, mal-dövləti artdı... Sonra Mədinə şəhərinin əmirliyinə seçildi və Mərvanın hakimliyi (Mədinədə) zamanı onu da əvəz edərdi.” [3]

Zəhəbinin qələmə almış olduğu tarixi məlumatlardan bəzi xüsusi nöqtələri ayırmaq və bir az daha geniş şəkildə bəyan etmək istəyirik:

1) Zəhəbi deyir ki, Əbu Hureyrənin adı Abdullah ibn Saxr olub. Halbuki, onun adı məsələsi, şəxsiyyətinin qarmaqarışıq olduğu kimi tarixə məchul qalmış bir həqiqətdir. Ona 30-a yaxın ad nisbət verilmişdir ki, Zəhəbi onlardan yalnız ikisini (Abdullah ibn saxr və Əbduş-şəms) yada salır. "Səhihi Müslimə” yazdığı şərhlə məşhurlaşmış böyük alim Nəvəvinin də bildirdiyi kimi "Əbu Hureyrənin adını 30 fərqli rəyy içindən seçilmiş ən düzgünü kimi Abdullah ibn Saxr hesab etmək olar.” [4] Adının tarixə şübhəli qalması Əbu Hureyrənin şəxsiyyətindən xəbər verən kiçik (bəlkə də böyük) dəlil olması hər bir düşüncəli insana aşkardır. Necə olur ki, nəql etdiyi hədislərlə dolu olan hədis kitablarında onun haqqında dəqiq bir ism qeyd oluna bilinmir? Əgər həqiqətən, o, bir çox səhabə və tabein tərəfindən etibarlı biri idisə, həmçinin, ona etimad edərək bir çox hədisi nəql edirdilərsə, bəs niyə onun adı haqqında dəqiq bir şey bilməmiş və insanlara da bildirməmişlər? Məgər rical kitablarında özü fəzilətli hesab edilən, eyni zamanda da isminin bu qədər şübhəli qalmış olduğu ikinci bir səhabə və ya hətta belə bir tabein vardırmı? Görəsən, tarix boyu və bu gün də bir məşhur səhabənin yalnız künyəsi ilə yad edilməsi onun adının hamıya və hətta səhabələrə də qaranlıq qaldığından xəbər vermirmi? Əhli-sünnə qardaşlarımız da böyük və əzəmətli qəbul etdikləri səhabələrin (demək olar ki) hamısını öz adlarıyla zikr etdikləri bir durumda, görəsən, nə üçün Əbu Hureyrənin isminin nə olduğu barədə heç düşünmürlər? Bundan daha genişi isə görəsən, adı ixtilaflı və tarixə qaranlıq qalmış bu şəxsin şübhəli vəziyyətini bildikləri halda nə üçün digər səhabələrin ona etimad edib-etmədiklərini heç araşdırmırlar? Qeyd etdiyimiz bu birinci nöqtəyə (Əbu Hureyrənin adı) İbni-Əbdulbirrin sözləri ilə yekun vurmaq istəyirik. O, belə deyirdi ki, "Əbu Hureyrənin və atasının adları üzərində nə cahiliyyət, nə də İslam dönəmində misli görünməmiş bir ixtilafa düşüldü. Belə bir ixtilafın əsaslı mövzu olduğu halda etimada səbəb olan bir gerçəyin ortaya çıxması çox uzaqdır.”

2) Bəziləri deyirlər ki (belələri bizim yurdumuzda da var), Əbu Hureyrəyə məşhur künyəsini əziz Peyğəmbərimiz (s) vermişdir. Lakin, siz də gördünüz ki, Zəhəbi belə yazmır (DİQQƏT). Həqiqət budur ki, Allah rəsulu (s) Əbu Hureyrənin yalnız və yalnız atasının ona verdiyi künyə ilə çağırmışdır. Həmin künyənin Peyğəmbər (s) tərəfindən ona verilməsi isə bütün tarixçilərə aşkar olan bir məsələdir. Böyük əhli-sünnə alimi ibn Həcər Əsqəlani də özünün "əl-isabətu fi-təmyisiz-səhabə” kitabında Əbu Hureyrəyə həsr etdiyi hissədə məşhur künyənin ona qövmü tərəfindən verilmiş olduğunu bildirmişdir. Maraqlıdır ki, niyə görə tarixi gerçəkliklə uyuşmayan bir iddia ortaya atılır? Adının şübhəli olduğu gizlədilir və heç bir əsasa söykənmədən künyəsinin ona Peyğəmbər (s) tərəfindən verildiyi iddia olunur? Məgər bəziləri tərəfindən atılmış bu addım mövcud həqiqətləri gizlətməyə və gerçəkliyin üzərinə pərdə salmağa yönəlməmişdirmi? Tutaq ki, sözügedən künyəni Əbu Hureyrəyə Allah rəsulu (s) vermişdi və həmçinin, mübahisə mövzusu olduğunu nəzərə almadan fərz edək ki, həmin künyənin ona verilməsi bir fəzilət kimi qəbul edilməlidir. Hətta bu halda da belə Əbu Hureyrənin Peyğəmbər (s)-dan sonra çaşmadığı və yolundan azmadığı qənaətinə gəlmirik!!! Düşünən insanlar çox yaxşı və rahatlıqla başa düşürlər ki, Bələm ibn Baura kimi mənəvi çəkisi olmuş şəxslərin yolunu azması mümkün olduğu halda Əbu Hureyrə kimi şəxsiyyəti belə qaranlıq olan və fəzilətli olub-olmadığı şübhəli qalınmış birinin yolundan sapması çox sadə və tarixdə dəfələrlə görünmüş bir hadisədir. Xüsusən, əhli-beyt ardıcıllarına məsələ günəş işığı kimi aydındır. Çünki, onların qəbul etdiklərinə əsasən (ki, həqiqət də elə budur), Əli ibn Əbutalib (ə) haqqın tərəzisidir. O həzrətə bağlı olub olmamaq hər bir insanın düz yoldan sapıb-sapmadığını göstərən ən başlıca xüsusiyyətlərdən biridir. Bu haqda çox sayda və mənəvi təvatür yaradan miqdarda hədislər nəql olunmuşdur. Sözsüz ki, həmin hədisləri böyük əhli-sünnə alimləri də qələmə almışlar və həm miqdar, həm də keyfiyyət baxımından Əbu Hureyrə üçün qeyd etdikləri fəzilətlər həmin hədislərin müqabilində dəryada bir damcı misalı kimi durmaqdadır. Həzrət Əlini (ə) haqqın tərəzisi olduğunu nəzərə alaraq, Əbu Hureyrənin da ona qarşı müxalifətçilik etdiyini bildikdən sonra, artıq, həqiqət əhli-beyt ardıcıllarına gizli qalmır. Qarşıda xüsusi bir bölmə olaraq Əbu Hureyrənin "əməvi” hakimiyyətinə olan yaxınlığı və bu üzdən də Əli (ə)-a qarşı tutumu barəsində danışacağıq.



[1] Muhəmməd ibni Əhməd ibn Osman əz-zəhəbi 8-ci hicri əsrinin böyük əhli-sünnə alimlərindəndir. Hicrətin 673-cü ilində (miladi 1274) Şam şəhərində qohumlarının nəzərə çarpan hissəsi alim hesab edilən əslən Türkmən olan elmi bir ailədə dünyaya gəldi. Atası sərraflıqla məşğul olub bu sahədə kifayət qədər şöhrət tapdığına görə ona "Zəhəbi” (yəni zərgər) ləqəbi verilmişdi. Elə həmin ləqəb də atasından ona bir növ miras kimi qalmışdı. Özünün dediyinə əsasən atası rəvayət elminə çox aşina bir alim idi. Zəhəbi məşhur və təəssübkeş əhli-sünnə alimi ibn Teymiyyənin şagirdi olmuşdur. Zəhəbinin bir çox əsərləri dövrümüzə rahatlıqla gəlib çatmış və hal-hazırda elmi sahələrdə çox oxunulan kitablardandır. İstər təfsir, istər tarix və istərsə də ricali sahələrdə Zəhəbinin kitabları dəyərli qəbul edilən müraciət mənbələrindəndir. Hicrətin 748-ci ilində (miladi 1348) Misirdə dünyasını dəyişdi. Zəmanəsinin böyük alimləri onun cənazə namazında iştirak etdilər.

[2] "Təzkirətul-huffaz” 1 cild, səh 32.

[3] "Təzkirətul-huffaz” 1 cild, səh 33.

[4] "Əl-isabətu fi-təmyizis-səhabə”.

 

скачать dle 10.3фильмы бесплатно
Veb-saytın materiallarından istifadə zamanı istinad www.ehlibeyt.info zəruridir!!!

Geri

Oxşar yazılar :

    
  • Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)

    Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə) ...

    10-02-2015, 15:33

  • 
  • Əbu Hureyrə gülməli insan idi

    Əbu Hureyrə gülməli insan idi ...

    10-02-2015, 15:32

  • 
  • Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:

    Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti: ...

    10-02-2015, 15:31

  • 
  • “Nə çox hədis danışırsan” tənəsi:

    “Nə çox hədis danışırsan” tənəsi: ...

    10-02-2015, 15:31

  • 
  • Əbu Hureyrə və əməvi hakimiyyəti

    Əbu Hureyrə və əməvi hakimiyyəti ...

    10-02-2015, 15:30

  • 
  • Əbu Hureyrənin əvvəli və sonu:4

    Əbu Hureyrənin əvvəli və sonu:4 ...

    10-02-2015, 15:30

  • 
  • Əbu Hureyrənin əvvəli və sonu:3

    Əbu Hureyrənin əvvəli və sonu:3 ...

    10-02-2015, 15:29

  • 
  • Əbu Hureyrənin əvvəli və sonu:2

    Əbu Hureyrənin əvvəli və sonu:2 ...

    10-02-2015, 15:28

  • 
  • Əbu Hureyrənin şübhəli kimliyi

    Əbu Hureyrənin şübhəli kimliyi ...

    10-02-2015, 15:25

  • 
  • Yuxunun Şərhi

    Yuxunun Şərhi ...

    12-02-2015, 04:28

  • 
  • ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ

    ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ ...

    4-02-2015, 16:27

  • 
  • İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)

    İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1) ...

    24-01-2015, 12:49

  • 
  • Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır

    Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır ...

    17-01-2015, 14:45

  • 
  • Aləmlərə rəhmət:

    Aləmlərə rəhmət: ...

    8-01-2015, 12:39

  • 
  • Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

    Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub? ...

    21-12-2014, 05:13

  • 
  • MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR

    MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR ...

    21-12-2014, 01:42

  • 
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?

    Şiələrin namazı əliaçıq və əhli- sünnənin ...

    19-12-2014, 18:58

  • 
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?

    Nə üçün məsum imamların adları Quranda aşkar ...

    19-12-2014, 18:56

  • 
  • ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)

    ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı) ...

    19-12-2014, 18:46

  • 
  • Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)

    Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı) ...

    19-12-2014, 18:44

  • 
  • Şiə tarixinə giriş

    Şiə tarixinə giriş ...

    19-12-2014, 18:42

  • 
  • Quran-Kərim və tarix

    Quran-Kərim və tarix ...

    19-12-2014, 18:37

  • 
  • “Vəli” kəlməsi (2)

    “Vəli” kəlməsi (2) ...

    19-12-2014, 18:23

  • 
  • “ Vəli ” kəlməsi şəriətdə:

    “ Vəli ” kəlməsi şəriətdə: ...

    19-12-2014, 18:22

  • 
  • Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri

    Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri ...

    19-12-2014, 18:10

  • 
  • Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz

    Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ...

    17-12-2014, 13:34

  • 
  • ŞİƏNİN TARİXİ (1)

    ŞİƏNİN TARİXİ (1) ...

    15-12-2014, 07:47

  • 
  • Həzrət Zeynəb (ə.s)

    Həzrət Zeynəb (ə.s) ...

    14-12-2014, 01:59


http://8dle.ru/ Как открыть демо счет? 7 простых шагов.


300 300
  • youtube
  • twitter
  • pinterest
  • googleplus
  • Instagram
  • facebook

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dekabr 2019 (13)
Noyabr 2019 (36)
Oktyabr 2019 (9)
Sentyabr 2019 (18)
Avqust 2019 (27)
İyul 2019 (24)
İyun 2019 (41)
May 2019 (90)
Aprel 2019 (61)
Mart 2019 (85)
Fevral 2019 (52)
Yanvar 2019 (63)
Dekabr 2018 (94)
Noyabr 2018 (84)
Oktyabr 2018 (7)
Sentyabr 2018 (42)
Avqust 2018 (47)
İyul 2018 (50)
İyun 2018 (78)
May 2018 (141)
Aprel 2018 (142)
Mart 2018 (100)
Fevral 2018 (51)
Yanvar 2018 (65)
Dekabr 2017 (27)
Noyabr 2017 (7)
Oktyabr 2017 (40)
Sentyabr 2017 (36)
Avqust 2017 (50)
İyul 2017 (7)
İyun 2017 (66)
May 2017 (97)
Aprel 2017 (48)
Mart 2017 (103)
Fevral 2017 (96)
Yanvar 2017 (128)
Dekabr 2016 (64)
Noyabr 2016 (40)
Oktyabr 2016 (62)
Sentyabr 2016 (69)
Avqust 2016 (57)
İyul 2016 (53)
İyun 2016 (104)
May 2016 (66)
Aprel 2016 (63)
Mart 2016 (68)
Fevral 2016 (19)
Yanvar 2016 (41)
Dekabr 2015 (60)
Noyabr 2015 (31)
Oktyabr 2015 (94)
Sentyabr 2015 (54)
Avqust 2015 (2)
İyul 2015 (60)
İyun 2015 (99)
May 2015 (48)
Aprel 2015 (43)
Mart 2015 (65)
Fevral 2015 (63)
Yanvar 2015 (59)
Dekabr 2014 (110)
Aprel 2014 (1)
Dekabr 2013 (1)
Aprel 2012 (1)
Mart 2012 (1)
İyun 2011 (1)
Aprel 2011 (1)
May 2010 (1)
Aprel 2010 (1)
Aprel 2009 (3)

Göstər / bütün arxivi gizlət

Çox oxunanlar

  •   Bakı və Abşeron üfüqü ilə Dekabr ayı üçün gündəlik namazların azan cədvəli ...
  •   ATEİSTLƏRƏ 2 MÜQAİSƏ VƏ 4 SUAL ...
  •   İSLAM PEYĞƏMBƏRİNİN (S) DÜNYAYA GƏLDİYİ ZAMAN BAŞ VЕRMİŞ MÖCÜZƏLƏR ...
  •   Hacı Samir Quran təfsir məclisi Ənbiya surəsi 2-ci hissə ...
  •   Hacı Ceyhun cümə moizəsi 15112019 ...
  •   Fəcr surəsi 27-30 ayələri ( Hacı İlkin ) ...
  •   Hacı Əhlimanın Peyğəmbərin (s) mövlud günü ilə bağlı moizəsi (14.11.2019) ...
  •   Aləmlərə rəhmət olmağın mənası (Hacı Samir) ...
  •   Hz. Muhəmmədin (s) on əxlaqi keyfiyyəti (Hacı Samir ) ...
  •   Haci Samir cumə moizəsi (Peyğəmbərin (s) əxlaqı) ...

Azan Vaxtları

    width=Sübh azanında 10 dəqiqə ehtiyat edin

    Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə) Cəlilabad+6, Ağdam +12, Astara +3, Dəvəçi +3, Gəncə +14, Lənkəran +3, Naxçıvan +17, Ordubad +15, Qazax +18, Quba +6, Sabirabad +6, Sumqayıt +1, Şamaxı +5, Şəki +10, Şirvan +4, Şuşa +13, Yevlax +10, Zaqatala +13

Kitabxana

Sorğu

 

Saytdan xoşunuz gəlirimi?


 

 
    • youtube
    • twitter
    • pinterest
    • googleplus
    • Instagram
    • facebook
    © Copyright 2008 2016, Vusal Əli.