• Azerbaycan
  • Sualını yaz
  • İslam Tarixi
    • Şiə tarixi
    • Vahabi cəryanı
  • Xanimlar üçün
    • Ailədə Qadın
    • Fiqhdə Qadın
    • Analar Bilməlidir
    • Faydalı Məsləhətlər
  • Русский Язык
    • Биография 14-мясум
    • Коран
    • Хадисы
    • Общие сведения
    • Намаз и дастамаз
  • Qeydiyyat
  • Daxil ol

Ehlibeyt.info            

  • Əvvəl
  • Qurani-kərim
    • Quran
    • Surələrin Fəziləti
    • QURANI KƏRIM (video)
    • Quranı Kəlmə-Kəlmə oxunuşu
    • QURANI KƏRIM (Audio)
    • Quran Fl Ər
    • Quran Fl Az
    • Quran Fl Ru
    • Quran Fl en
    • Virtual M
  • 14-MƏSUM
    • Həzrət Muhəmməd (s)
    • İmam Əli (ə)
    • Xanım Fatimeyi-Zəhra (s.ə)
    • İmam Həsən (ə)
    • İmam Hüseyn (ə)
    • İmam Səccad (ə)
    • İmam Muhəmməd Baqir (ə)
    • İmam Cəfər Sadiq (ə)
    • İmam Museyi-Kazim (ə)
    • İmam Rza (ə)
    • İmam Muhəmməd Təqi (ə)
    • İmam Əliyyən Nəqi (ə)
    • İmam Həsən Əskəri (ə)
    • İmam Məhdi (ə)
    • Pak sulalə
  • Hövzə
    • Ərəb dili
    • Fars dili
    • Əqaid dərsi
    • Quran Dərsi
    • Fiqh Təlimi (dərs)
  • Şəriət
    • Dəstnamaz
    • Qusullar
  • Arşdırma
    • Araşdırmalar
    • Hədis
  • Namaz Dua
    • Namaz Qılmağı Öyrən
    • Namaz Vaxtları
    • Vacib Namazlar
    • Müstəhəb Namazlar
    • Dualar
    • Zkirlər
    • Dualar dinlə və yüklə
    • Ziyarətnamələr
  • Üsul Füru
    • Tövhid
    • Məad
    • Nübuvvət
    • Oruc
    • Cihad
    • Həcc
  • Video Xutbələr
    • Hacı Əhliman
    • Hacı Samir
    • Hacı Rəşad
    • Hacı Rza
    • Hacı Əlmdar
    • Kərbəlayı Əli
    • Kərbəlayı Ağadadaş
    • Ramazan Moizələri
    • Mühərrəm Moizələri
    • Nəhcül Bəlağə verliş
    • Təqvaya doğru (Əbu Suamli duası)
    • Abu Zeydə rəddiyə
    • Dini Suallara cavab
    • İmam Zaman (ə.f) verilişində
    • Təfsir Dərsi
    • Dinlə Tanişliq Verlişi
    • Dini filimlər
    • Dini Kiliplər
    • Məclislərimiz (xususi çəklişlərimiz)
    • Cizgi-filimi
  • Aylar
    • Məhərrəm
    • Səfər
    • Rəbiül-əvvəl
    • Rəbiüs-sani
    • Cəmadiül-əvvəl
    • Cəmadiüs-sani
    • Rəcəb
    • Şə`ban
    • Ramazan
    • Şəvval
    • Zi-qə`də
    • Zi-hiccə
  • Umumi
    • Nəhcül-bəlağə
    • Şəxsiyyətlər
    • Marağlı Məlumatlar
    • Məqalələr
    • İbrətamiz Hekayə
    • Şeir və Qəzəllər
    • Mövlud və Şəhadətlər
    • Yalnız Mömünlərə
    • Esmaül-Hüsna
    • İslam Əxlaqı
    • Tibb
    • Yuxu yozmaları
    • Suallarla İslam
    • Xəbərlər
    • Fəlsəfə
    • Müqəddəs Məkanlar

Shia.az » Arşdırmalar » “ Vəli ” kəlməsi şəriətdə:

  

“ Vəli ” kəlməsi şəriətdə:

Müəllif :Vusal Tarix : 19-12-2014, 18:22 Bölmə :Arşdırmalar 0 Şərhев : 0


Məzhəbindən və əqidəvi dünyagörüşündən asılı olmayaraq hər bir müsəlman elə özünün ardınca getdiyi alimlərinin fiqhi kitabalarına baxarsa, " vəli ” kəlməsindəki həqiqət ona aşkar olacaq. Demək olar ki, bütün islam alimləri müqəddəs şəriətdə işlənən " vəli ” kəlməsinin ixtiyar sahibi mənasına dəlalət etməsi haqqında həmfikirdirlər. İslam fiqhində olan " uqud (əqdlər və müqavilələr) ” mövzusuna aid məlumatlardan xəbərdar olan hər bir sadə və alim olmayan şəxs üçün də " vəli ” kəlməsinin şəriətdə hansı mənada işləndiyi günəş işığı kimi aydın bir məsələdir. Hər hansısa bir övladın bəzi ibadi və ya qeyri-ibadi məsələlərdə atasının razılığına ehtiyac duyulduqda, böyük şəriət alimləri həmin övlada nisbət ata və babanı " vəli ” adlandırırlar. Əqd mövzularında bu həqiqət daha da çox özünü göstərir. Beləki bir qızın ərə getmək vaxtı çatdığı zaman onun vəlisindən ( yəni- atasından ) icazə alınması lazımlı hesab edilir. Ən qəribə nümunə isə şəriətimizdə olan " ağa və qul ” bəhsində işlənən " mövla ” kəlməsidir. Yəni bir zamanlar özü və ailəsi üçün qul almaq və saxlamaq mövcud idi və əziz şəriət alimləri də islami qaynaqlardan istifadə edərək qula ağalıq edən şəxsə onun " mövlası ” deyirdilər.

Sadalanan həqiqətlər fiqhi bilgisi olan hər bir şəxs üçün misal çəkməyə və ünvan göstərməyə ehtiyac duyulmayacaq qədər aşkar məsələlərdir. Odur ki, biz bir neçə misal gətirməklə dəryadan damcı götürmək kimi edəciyik. Agah şəxslər üçün bu nümunələrə zatən ehtiyac yoxdur.

Birinci nümunə: Əhli-sünnə dünyasının ən böyük hədis alimi kimi dəyərləndirilən Muhəmməd ibn İsmail Buxari öz səhihində " Nigah ” kitabının 37-ci babını belə adlandırmışdır:

" Vəlinin icazəsi olmadan bağlanan nigah mötəbər deyildir”.

Həmin " Nigah ” kitabının digər babında da ( 38-ci bab ) " vəli ” kəlməsi ata-baba və ya qula sahib ağa haqqında işlədilmişdir.

İkinci nümunə: Əhli sünnənin 4 böyük məzhəb imamından biri olan İmam Malik özünün " Muvəttə ”adlanan əsərinin " Nigah ” kitabının 2-ci babında Ömər ibn Xəttabdanbelə bir hədis nəql edib:

" Qadınlar vəlisinin və ya ailəsindəki söz sahibinin və yaxut dasultanının ( mülk amirinin ) icazəsi olmadan evlənə bilməzlər”

Üçüncü nümunə: Kutubi-sittədən ( əhli-sünnənin 6 məşhur hədis kitabı ) birinin müəllifi İbn Macənin sünən əsərinin " Nigah ” kitabının 15-ci babı belə adlandırılmışdır:

" Nigah yalnız vəlinin vasitəsilə mümkündür ”.

Qeyd etdiyimiz bu 3 nümunədən sonra bir neçə sual verərək şəriət cəhətindən olan təhlilin nəticəsi üzərində düşünməyi də sizə həvalə edəcəyik. Hər bir düşüncəli və təəssübkeş olmayan insan üçün maraq doğuran bir məqam vardır. Görəsən necə olur ki, öz fiqhi istilahlarında və hədis kitablarında " vəli ” kəlməsini ixtiyar sahibi mənasında işlədən əhli-sünnə alimləri qədir hədisindəki eyni kəlməni dost kimi anlayırlar? Məgər bu addım aşkar şəkildə gerşəkləşən təəssübkeşlikdən xəbər vermirmi? Hansı dəlil və əlamətə söykənərək " vəli ” kəlməsinin mənası islam şəriətində sabit olmuş mənadan digərinə həml edilir? Sözsüz ki, belə təəssübkeş addım yalnız əməvi siyasətinin nəticəsidir.

Əqli baxımdan "vəli” kəlməsi:

Xum adlanan torpaqda və minlərlə müsəlmanın qarşısında əziz Allah rəsulu (s.ə) tərəfindən söylənilmiş bir kəlmənin hansı mənaya dəlalət etməsini ilk öncə əqli cəhətdən təhlil etsəydik bura kimi qeyd olunan digər 3 cəhətdən araşdırmaya ehtiyac qalmayacaqdı. Lakin biz əqli təhlilin əhatəsini geniş saxlamaq üçün əvvəlcədən Qurani-Kərimin, sünnənin və müqəddəs şəriətin "vəli” kəlməsinə münasibətini açıqlamaq istədik. Məsələnin əqli cəhətdən araşdırılması olduqca tutarlı və güclü dəlillərə əsaslandığına görə düşüncəli insanlar üçün bu üslub kafi və ən gözəl yoldur. Həqiqətən həyatında təfəkkür yolunu seçən insanlar ilahi dinin əsaslarını anlamaqda öz dərin düşüncələrinə arxalanırlar və bu möhkəm dayaq uca Allahın onlara bəxş etdiyi bir çıraqdır.

Əziz Allah rəsulu (s.ə) "vəli” kəlməsini minlərlə müsəlmanın qarşısında söylədiyi halda bu kəlmənin hansı mənada işləndiyi üzərindəki ixtilafın haradan qaynaqlandığı düşüncəli insanlar üçün əhəmiyyətli məsələdir. Görəsən minlərlə müsəlman Peyğəmbərin (s.ə) nə demək istədiyini düzgün başa düşməyi bacarmamışdımı? Bunu düşünmək belə gülünc bir haldır. Lakin ağıllı insan bununla kifayətlənməz və qədir hədisini diqqətlə əvvəldən sona qədər oxuyub özünü orada olan müsəlmanlardan biri kimi təsəvvür edər. Peyğəmbərin (s.ə) sözünü öz müstəqil yanaşması və ağlı ilə anlamağa cəhd göstərər. Belə isə əziz və düşüncəli oxuculardan özlərini Xum çölündə təsəvvür etməyi və ardıcıl verəcəyimiz suallara cavab verməyi xahiş edirik. Zənnimizcə bu sualların cavabı təəssübü olmayan hər bir kəs üçün həqiqətin üzərindəki pərdələri götürməyə qadirdir.

1)Qədir hədisində bildirildiyinə əsasən Peyğəmbər (s.ə) vida həccindən qayıdan minlərlə müsəlmanısusuz bir məntəqə olan Xumda və qızmar bir günəş istisi altında dayandırdı. Hava o qədər isti idi ki, hacılar əbalarının bir ucunu başlarına atmış, digər ucunu isə yerə sərib üstündə əyləşmişdilər. Görəsən əziz Allah rəsulu (s.ə) bu qədər müsəlmanı və çətinlik dolu həcc səfərindən qayıdan hacıları öz həyatı boyunca dəfələrlə və müxtəlif yerlərdə tərif etmiş olduğu bir insanın dostluğunu bəyan etmək üçün saxlamışdı? Əlinin (ə), Allah rəsulunun (s.ə) kürəkəni, əmisioğlu, özü üçün xüsusi olaraq seçdiyi din qardaşı və döyüş meydanlarında islamın dayağı olduğu hamı tərəfindən bilinən və məlum bir məsələ idi. Yəni dostluq kimi sadə bir məsələyə görə bu qədər müsəlman saxladıldı?! Əgər bu cürdürsə ən kiçik və bəsit məsələlər də belə Peyğəmbərə (s.ə) etiraz edən bəzi şəxslər nə əcəb səslərini çıxartmadılar və dostluqdan artıq olan dini qardaşlığın hamıya məlum olduğunu dilə gətirmədilər? Fəziləti əksər müsəlmanlar tərəfindən bilinən birinin yenidən dost elan edilməsi nə dərəcədə məntiqə uyğundur? Əgər Peyğəmbərin (s.ə) məqsədi bir qrup Əlidən (ə) incimiş müsəlmanlara tövsiyə etmək idisə əziz Allah rəsulu (s.ə) niyə məhz həmin şəxsləri deyil, əksinə bütün müsəlmanları saxladı və moizə etdi?

2))Peyğəmbər (s.ə) xalqa Əlinin (ə) "vəli” olduğunu çatdırmamışdan qabaq tovhid, nubuvvət və qiyamətdən danışdı və müsəlmanları onlara şəhadət verməyə dəvət etdi. Sonra isə Əlinin (ə) vilayətinə işarə etdi. Öncə dinin əsaslarından söhbət etmək, sonra isə müsəlmanlardan şəhadət istəmək ardınca gələcək xəbərin əhəmiyyətli olduğunu göstərmirmi? Bu mühüm xəbər və göstəriş Peyğəmbərin (s.ə) din qardaşının və dayağının dostluq məqamına sahib olduğunu bildirmək kimi sadə bir məsələ idimi?!

3)Əziz Peyğəmbərimiz (s.ə) xütbəsinin başlanğıcında öz vəfatının yaxınlaşmasından xəbər verdi. Ümmətinin gələcək taleyi barədə narahatçılığı bundan başqa hansı yolla göstərmək olardı? Öz vəfatını xəbər verməkdən daha təsirli yol nə ola bilər ki? Elə isə görəsən, ümməti gələcəyi ilə Hz.Əlinin (ə) dostluq məqamı arasında nə əlaqə ola bilərdi? Ümumiyyətlə heç bir sözü bihudə yerə işlətməyən Peyğəmbərin (s.ə) öz vəfatını xəbər verməsi kimi ağır bir xəbərdarlıqla Əlinin (ə) dostluq məqamının nə əlaqəsi var idi? Sözsüz ki, bu əlaqə vilayət və rəhbərlik məqamı ilə əlaqədar idi.

4)Öncə də qeyd etmişdik ki, Peyğəmbər (s.ə) Əli (ə) barədə ilahi xəbəri bəyan etməzdən qabaq özünün hamıdan üstün və onların ixtiyar sahibi olmasına toxunmuş və belə buyurmuşdu: "Allah mənim mövlamdır, mən də mpminlərin mövlasıyam və hər bir möminə onun özündən daha artıq ixtiyar sahibiyəm”. Bu qədər açıq-aşkar bəyanlar Əlinin (ə) vilayətinin Peyğəmbər (s.ə) vilayəti ilə eynilik təşkil etdiyini göstərmirmi? Yəni Peyğəmbərin (s.ə) ümmətə nisbəti dostluq həddində idimi? Sözsüz ki, o həzrət (s.ə) müsəlmanların başçısı və ixtiyar sahibi idi. Belə isə Əlinin (ə) vilayəti hansı dəlilə əsasən dostluq kimi başa düşülə bilər? Bu qədər Qurana və sünnəyə əsaslanmış izahlar, həmçinin şəri və əqli dəlillərdən sonra "vəli” kəlməsinin nə mənaya gəldiyi günəş işığı kimi aydın olur. Salam olsun öz müstəqil düşüncəsi ilə haqqı tapıb ona tabe olanlara.

Müəllif: Rza Əliyev

скачать dle 10.3фильмы бесплатно

www.ehlibeyt.info

Geri

Oxşar yazılar :

    
  • “Vəli” kəlməsi (2)

    “Vəli” kəlməsi (2) ...

    19-12-2014, 18:23

  • 
  • Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri

    Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri ...

    19-12-2014, 18:10

  • 
  • Ağlamağın hikməti

    Ağlamağın hikməti ...

    19-12-2014, 18:08

  • 
  • Məhərrəm ayının əməlləri

    Məhərrəm ayının əməlləri ...

    19-12-2014, 18:05

  • 
  • Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)

    Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl ...

    18-12-2014, 06:04

  • 
  • Nəhcül Bəlağə xütbə 3

    Nəhcül Bəlağə xütbə 3 ...

    18-12-2014, 05:17

  • 
  • Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?

    Xəstəlik üzündən və səfərə çıxdığıma görə ...

    17-12-2014, 14:21

  • 
  • Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz

    Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ...

    17-12-2014, 13:34

  • 
  • NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ

    NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ ...

    16-12-2014, 07:55

  • 
  • Salavatın fəziləti

    Salavatın fəziləti ...

    15-12-2014, 15:25

  • 
  • Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?

    Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram ...

    15-12-2014, 07:52

  • 
  • ŞİƏNİN TARİXİ (1)

    ŞİƏNİN TARİXİ (1) ...

    15-12-2014, 07:47

  • 
  • Nəhcül Bəlağə xütbə-1

    Nəhcül Bəlağə xütbə-1 ...

    14-12-2014, 02:01

  • 
  • Həzrət Zeynəb (ə.s)

    Həzrət Zeynəb (ə.s) ...

    14-12-2014, 01:59


http://8dle.ru/ Как открыть демо счет? 7 простых шагов.


300
  • youtube
  • twitter
  • pinterest
  • googleplus
  • Instagram
  • facebook

Təqvim

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Aprel 2018 (116)
Mart 2018 (100)
Fevral 2018 (52)
Yanvar 2018 (66)
Dekabr 2017 (28)
Noyabr 2017 (7)
Oktyabr 2017 (40)
Sentyabr 2017 (36)
Avqust 2017 (50)
İyul 2017 (7)
İyun 2017 (66)
May 2017 (97)
Aprel 2017 (48)
Mart 2017 (103)
Fevral 2017 (96)
Yanvar 2017 (128)
Dekabr 2016 (64)
Noyabr 2016 (40)
Oktyabr 2016 (63)
Sentyabr 2016 (69)
Avqust 2016 (57)
İyul 2016 (53)
İyun 2016 (104)
May 2016 (66)
Aprel 2016 (63)
Mart 2016 (68)
Fevral 2016 (19)
Yanvar 2016 (41)
Dekabr 2015 (61)
Noyabr 2015 (31)
Oktyabr 2015 (94)
Sentyabr 2015 (54)
Avqust 2015 (2)
İyul 2015 (60)
İyun 2015 (99)
May 2015 (48)
Aprel 2015 (43)
Mart 2015 (65)
Fevral 2015 (63)
Yanvar 2015 (59)
Dekabr 2014 (110)
Aprel 2014 (1)
Dekabr 2013 (1)
Aprel 2012 (1)
Mart 2012 (1)
İyun 2011 (1)
Aprel 2011 (1)
May 2010 (1)
Aprel 2010 (1)
Aprel 2009 (3)

Göstər / bütün arxivi gizlət

Çox oxunanlar

  •   Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı – FOTO + VİDEO ...
  •   Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı? ...
  •   Tərkibindəki spirt 0% olan arpa sularını içmək olarmı? ...
  •   BEYNƏLXALQ QURANİ-KƏRİM MÜSABİQƏSİNƏ ÖLKƏMİZDƏN BU İL HACI İLKİN HƏSƏNZADƏ İŞTİRAKÇI KİMİ QATILIB ...
  •   Enerji içkiləri halaldırmı? ...
  •   Şaban ayının əməlləri ...
  •   Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.. ...
  •   İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla ...
  •   Qadınlardan yaşlıq xaric olması qusula səbəb olurmu ...
  •   Bakı və Abşeron üfüqü ilə Aprel ayı üçün gündəlik namazların azan cədvəli ...

Azan Vaxtları

    width=Sübh azanında 10 dəqiqə ehtiyat edin

    Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə) Cəlilabad+6, Ağdam +12, Astara +3, Dəvəçi +3, Gəncə +14, Lənkəran +3, Naxçıvan +17, Ordubad +15, Qazax +18, Quba +6, Sabirabad +6, Sumqayıt +1, Şamaxı +5, Şəki +10, Şirvan +4, Şuşa +13, Yevlax +10, Zaqatala +13

Kitabxana

Sorğu

 

Saytdan xoşunuz gəlirimi?


 

 
    • youtube
    • twitter
    • pinterest
    • googleplus
    • Instagram
    • facebook
    © Copyright 2008 2016, Vusal Əli.