sitename
» » Əbu Bəkirin İmamətini puç edən dəlillər(1)
Saytın xəritəsi Saytın xəritəsi

Bismillahir-rəhmanir-rəhim

Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!

Dünyaları öz gözəllik və paklığı ilə heyrətdə qoyan İslam dini hər an birinci olmuş və heç vaxt hər hansısa bir şəkk və şübhə ilə qatışmamışdır. Allah Taala insanı kamilliyə çatdırmaq üçün bu dini xüsusi amillər vasitəsi ilə tamamlamış və insanların hədəfə çatmasında yeganə olaraq məhz bu yolu vasitə qərar vermişdir. Öz düzgünlüyü və hər cür təhrifdən uzaq olması, yalnız bu dinə məxsus inkarolunmaz üstünlüklərdəndir. Elə buna görə də Allah Təala bu dini insanların hidayəti üçün təyin etmiş və belə buyurmuşdur: "الْإِسْلَامَ دِينًا لَكُمُ وَرَضِيتُ Və bir din kimi (möhkəm və sabit bir din kimi) sizin üçün İslamı bəyəndim" (Əl-Maidə 3).

Heç bir din barədə buyurmadığını yalnız İslam dininı aid etmişdir. Bu dinin digər dinlərdən üstünlüyü, ilk növbədə sənədinin (yəni Quranın) düzgünlüyü və digər səmavi kitablardan fərqli olaraq hər hansı təhrif və dəyişikliyə məruz qalmamasıdır. Çünki Allah Təala Özü bu kitabın qorunmasını öhdəsinə götürmüş və heç bir şübhənin ona yaxınlaşmayacağına zəmanət vermişdir.

Quranı dəyişmək və ya təhrif etməkdən məyus olan bəzi İslam düşmənləri o müqəddəs kitabdan sonra müsəlmanların ikinci istinad etdikləri mənbə olan Peyğəmbərin (s) sünnəsinə (hədislərə) müdaxilə etmiş və çox təəssüflər olsun ki, müəyyən qədər öz mənfur niyyətlərinə çatmışlar. Bundan daha da dəhşətlisi budur ki, Həzrət Peyğəmbərdən (s) sonra İslama təkcə xaricdən müdaxilələr yox, əksinə daxili müdaxilələr və parçalanmalar da üz gətirdi.

Bütün bunları Həzrət Peyğəmbər (s) bilirdi. Elə buna görə də Allahın əmri ilə öncədən lazımı addımlar atmışdı. Amma ümmətin içərisində bəzi münafiqlər sanki o Həzrətin (s) vəfatını gözləyirdilər. O Həzrətin (s) vəfatından dərhal sonra öz əsl, həqiqi və gerçək sifətlərini aşkar edərək İslam dinini öz istədikləri kimi idarə etməyə başladılar. Bütün bunlara rəğmən uca Allah öz hədəfini tamamlamaq üçün İslamı bütün gerçəkləri ilə qorudu və həqiqətləri aşkar saxladı.

Söhbəti uzatmadan əsas məqsədimizə keçirik. Bu mövzuda bəzi qondarma hədislərə aydınlıq gətirmək və fəzilət əhli olmayan, əksinə İslama ləkə hesab edilə biləcək şəxsləri böyük şəxsiyyət kimi təqdim olunmasına və əsl faydalı şəxslərin isə hansı səbəbdən arxa planda qalmasına aydınlıq gətirmək istəyirik.

Bəzi anlayışı olmayan və ya təəssübkeş insanlar Əbu Bəkri üstün bir şəxsiyyət kimi göstərərək İslam tarixinə səhf və yanlış düşüncələr gətirmək istəmişlər. Allahın lütf və mərhəməti sayəsində bu arzu və istəkləri onların ürəklərində qalmışdır. Bəzən fəzilət ünvanında uydurduqları hədis və rəvayətlər Əbu Bəkr və onun kimilərin daha da rəzil və rüsvay olmalarına səbəb olmuşdur. Bu qondarma və mənasız fikirləri irəli sürənlər, Allah Rəsulundan (s) sonra güya ən birinci xəlifə ünvanında və Peyğəmbərin (s) yerində bu mühüm vəzifəni öhdəsinə götürməyə layiq olan şəxsin məhz Əbu Bəkr olduğunu iddia etmişlər. Hətta bu iddialarına bir neçə dəlil də gətirmişlər.

Bu dəlillərdən birini sizə təqdim edib, onun həqiqətini araşdırırıq:

Həzrət Peyğəmbər (s) xəstə ikən Əbu Bəkri öz əvəzində camaat namazı qılmaq üçün məscidə göndərdi.

Əhlu-sünnə mənbələrində bu mövzuda olan hədislərdən bir neçəsini sizlərə təqdim edirik:

عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ، قَالَ: حَدَّثَنِي أَبِي، قَالَ:حَدَّثَنَا الأَعْمَشُ، عَنْ إِبْرَاهِيمَ، عَنِ الأَسْوَدِ، قَالَ: كُنَّا عِنْدَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، فَذَكَرْنَا المُوَاظَبَةَ عَلَى الصَّلاَةِ وَالتَّعْظِيمَ لَهَا، قَالَتْ:لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِي مَاتَ فِيهِ ، فَحَضَرَتِ الصَّلاَةُ، فَأُذِّنَ فَقَالَ :مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ فَقِيلَ لَهُ :إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ إِذَا قَامَ فِي مَقَامِكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّيَ بِالنَّاسِ، وَأَعَادَ فَأَعَادُوا لَهُ، فَأَعَادَ الثَّالِثَةَ، فَقَالَ: إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ، فَخَرَجَ أَبُو بَكْرٍ فَصَلَّى فَوَجَدَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً، فَخَرَجَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ، كَأَنِّي أَنْظُرُ رِجْلَيْهِ تَخُطَّانِ مِنَ الوَجَعِ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَتَأَخَّرَ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ مَكَانَكَ، ثُمَّ أُتِيَ بِهِ حَتَّى جَلَسَ إِلَى جَنْبِهِ، قِيلَ لِلْأَعْمَشِ: وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي وَأَبُوبَكْرٍ يُصَلِّي بِصَلاَتِهِ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِي بَكْرٍ، فَقَالَ: بِرَأْسِهِ نَعَمْ، وَزَادَ أَبُو مُعَاوِيَةَ جَلَسَ عَنْ يَسَارِ أَبِي بَكْرٍ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّي قَائِمًا

" Əsvəddən rəvayət nəql olunur ki, belə dedi: Biz Aişənin (r.a) yanında idik. Namaza diqqət etmək və namazın əzəməti barədə danışırdıq. O (Aişə) dedi: Allahın Rəsulu (s) xəstələnən zamanda (elə o xəstəlik ilə dünyasını dəyişdi), elə ki, namaz vaxtı oldu, azan verildi. O (Həzrət Peyğəmbər) (s) buyurdu: Əbu Bəkrə deyin camaat namazı qılsın! Dedilər: Əbu Bəkr kövrək insandır. Sənin yerində camaat namazı qıla bilməyəcək. Həzrət (s) yenidən tekrar etdi. Yenə belə cavab verdilər. Üçüncü dəfə buyurdu: Həqiqətən, siz Yusifin yoldaşlarısınız (Bu söz həzrət Yusifi qadının yoldan çıxarmağa cəhd göstərməyinə işarədir). Əbu Bəkrə deyin camaat namazı qılsın. Əbu Bəkr getdi və namaz qıldı. Həzrət Peyğəmbər (s) gördü ki, xəstəliyi yüngülləşib, iki nəfərin köməyi ilə (məscidə) getdi. Sanki mən ağrıdan sürünən ayaqlara baxirdım. (Həzrət Peyğəmbəri (s) gördükdə) Əbu Bəkr arxaya keçmək istədi, amma Həzrət Peyğəmbər (s) ona öz yerində dayanmağı işarə etdi. Sonra o Həzrəti (s) (kömək edərək) getirdilər və Əbu Bəkrin yanında əyləşdi. Əməşə dedilər: Əbu Bəkr Peyğəmbər (s) ilə, camaat isə Əbu Bəkr ilə namaz qıldı? Başı ilə bəli dedi. Əbu Muaviyə O Həzrətin (s) Əbu Bəkrin sol tərəfində oturduğunu və Əbu Bəkrin ayaq üstə namaz qıldığını da əlavə etmişdi. (Səhih Buxari c.1, bab:həddul-məriz ən yəşhədəl-cəmaəh, Səhih Muslim və s...)

Digər bir hədisdə Aişə buyurur:

عَنْ عَائِشَةَ، قَالَتْ: لَمَّا ثَقُلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلَالٌ يُؤْذِنُهُ بِالصَّلَاةِ. فَقَالَ:مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ قَالَتْ:فَقُلْتُ يَا رَسُولَ اللهِ، إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لَا يُسْمِعِ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ، فَقَالَ:مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ قَالَتْ:فَقُلْتُ لِحَفْصَةَ قُولِي لَهُ:إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لَا يُسْمِعِ النَّاسَ، فَلَوْ أَمَرْتَ عُمَرَ، فَقَالَتْ لَهُ: فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّكُنَّ لَأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ، قَالَتْ: فَأَمَرُوا أَبَا بَكْرٍ يُصَلِّي بِالنَّاسِ، قَالَتْ: فَلَمَّا دَخَلَ فِي الصَّلَاةِ وَجَدَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ، وَرِجْلَاهُ تَخُطَّانِ فِي الْأَرْضِ، قَالَتْ:فَلَمَّا دَخَلَ الْمَسْجِدَ سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ، ذَهَبَ يَتَأَخَّرُ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قُمْ مَكَانَكَ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِي بَكْرٍ قَالَتْ: فَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِالنَّاسِ جَالِسًا وَأَبُو بَكْرٍ قَائِمًا يَقْتَدِي أَبُو بَكْرٍ بِصَلَاةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَقْتَدِي النَّاسُ بِصَلَاةِ أَبِي بَكْرٍ

 

"Allahın Rəsulunun (s) xəstəliyi ağırlaşan zaman Bilal gəlib, namaz vaxtının daxil olmasından o Həzrəti (s) xəbərdar etdi. O (s) buyurdu: Deyin Əbu Bəkr camaat namazı qılsın! (Aişə) Deyir: Dedim: Ey Allahın Rəsulu, Əbu Bəkr kövrək bir kişidir. Əgər sənin yerində dursa, camaat onun səsini eşitməyəcək. Ey kaş Ömərə deyərdin. O (Həzrət Peyğəmbər) (s) buyurdu: Deyin, Əbu Bəkr camaat namazı qilsin! (Aişə) Deyir: Mən Həfsəyə dedim ki, Həzrət Peyğəmbərə (s) desin: Əbu Bəkr kövrəkdir. Əgər sənin yerində dursa camaat (onun) səsini eşitməyəcək.

Ey kaş Ömərə deyərdin. Həfsə o Həzrətə (s) bunları dedikdə, Həzrət (s) buyurdu: ”Siz Yusifin yoldaşlarısınız (Bu söz həzrət Yusifi qadının yoldan çıxarmağa cəhd göstərməyinə işarədir)”. Deyin Əbu Bəkrə camaat namazı qılsın! (Aişə) Deyir: Dedilər və Əbu Bəkr camaat namazına başladı. Elə ki, O (Əbu Bəkr) namaza başladı. Həzrət Peyğəmbər (s) bir az yaxşılaşdığını hiss etdi və iki nəfərin köməyi ilə (məscidə) getdi. (Xəstəliyin təsirindən o Həzrətin) Ayaqları yer ilə sürünürdü. (Aişə) deyir: Həzrət (s) məscidə daxil oldu. Həzrət Peyğəmbərin (s) orada olduğunu hiss edən Əbu Bəkr geriyə çəkilmək istəyərkən, o Həzrət (s) Əbu Bəkrə öz yerində qalmasını işarə etdi.

Sonra Həzrət Peyğəmbər (s) Əbu Bəkrin sol tərəfində əyləşdi. Həzrət Peyğəmbər (s) oturaraq, Əbu Bəkr isə ayaq üstə namaz qıldı. Əbu Bəkr Peyğəmbərə, Camaat isə Əbu Bəkrə iqtida etdi".(Səhih Muslim c.1, Səhih Buxari, Sünəni-Nəsai və s...).

Digər bir hədisdə deyilir:

وقال رسول الله ص:آنَ الصَّلاةُ؟

قِيلَ: نَعَمْ، قَالَ: فَأْمُرُوا أَبَا بَكْرٍ لِيُصَلِّيَ بِالنَّاسِ، فَقَالَتْ عَائِشَةُ:إِنَّهُ رَجُلٌ رَقِيقٌ، فَمُرْ عُمَرَ، فَقَالَ:مُرُوا عُمَرَ، فَقَالَ عمر:ما كنت لاتقدم وابو بكر شَاهِدٌ، فَتَقَدَّمَ أَبُو بَكْرٍ، وَوَجَدَ رَسُولُ اللَّهِ خِفَّةً، فَخَرَجَ، فَلَمَّا سَمِعَ أَبُو بَكْرٍ حَرَكَتَهُ تأخر، فجذب رسول الله ص ثَوْبَهُ، فَأَقَامَهُ مَكَانَهُ، وَقَعَدَ رَسُولُ اللَّهِ، فَقَرَأَ مِنْ حَيْثُ انْتَهَى أَبُو بَكْرٍ.

Təbəri deyir: Allahın Rəsulu (s) belə buyurdu: "Namaz vaxtı daxil olubmu? Dedilər: Bəli.

Həzrət (s) buyurdu: Əbu Bəkrə göstəriş verin ki, camaat namazı qılsın. Aişə dedi: Əbu Bəkr kövrək insandır, Ömərə göstəriş ver. Həzrət Peyğəmbər (s) buyurdu: Ömərə deyin! Ömər dedi: Mən Əbu Bəkrdən önə keçə bilmərəm. Bir halda ki, Əbu Bəkr buradadır. Beləliklə Əbu Bəkr önə keçdi.

Həzrət Peyğəmbər (s) xəstəliyinin şiddətinin azalmasını hiss edən kimi evdən çıxdı (məscidə getdi).

Əbu Bəkr Peyğəmbərin (s) gəlişini hiss etdikdə geri çəkildi. Peyğəmbər (s) Əbu Bəkrin paltarından tutub çəkdi və özü onun yerində dayandı. Allahın Rəsulu (s) əyləşdi (namazı oturaraq qıldı) və Əbu Bəkrin qaldığı yerdən namazı davam etdi. (Tarixi-Təbəri, 3-ci cild).

 

 

Bu barədə çoxlu hədislərin vücuduna və onların hər birini yazmaq məqsədimiz olmadığına görə qeyd edilən miqdarla kifayətlənib sağlam düşüncə sahibi olan əzizlərimizə bir neçə sual ünvanlayırıq:

1) Əgər Peyğəmbər (s) həqiqətən, Əbu Bəkri camaat namazı qılmağa göndərmişdisə, bəs nə üçün özündə azacıq yüngüllük hiss edən kimi iki nəfərin köməyi ilə məscidə gedir və özü namaz qılır?

2) Belə hədisləri uyduranlar əslində Əbu Bəkri rüsvay etmirlərmi? Peyğəmbər (s) məscidə Əbu Bəkri təsdiqləməyə getmişdisə, nə üçün onun kənara çəkib özü namaz qılır?

3) Nəql etdikləri kimi əgər Əbu Bəkr Peyğəmbərə (s) iqtida etdisə, Əbu Bəkrin imamətinin nə mənas

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))