sitename

Həzrət Fatimənin (ə) əxlaqı
.
Qurani-kərim Fəcr surəsinin 27 – 30-cu ayələrində buyurur:

يَأَيَّتهُا النَّفْسُ الْمُطْمَئنَّةُ
ارْجِعِى إِلىَ‏ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
فَادْخُلىِ فىِ عِبَادِى
وَ ادْخُلىِ جَنَّتىِ

"Ey arxayın olmuş nəfs. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq. Mənim bəndələrimin sırasına daxil ol! Və Mənim cənnətimə daxil ol!”
İnsanın dünya və axirət səadətini əldə etməsi üçün onun Qurani-kərimin yaşayış üslubuna malik olması lazımdır. Qurani-kərimin bizlərə təqdim etdiyi yaşayış üslubunun əsasını hər bir işi Allahın razılığına görə görmək, hər bir sözü Allahın razılığına görə demək, hər bir hadisəyə Allahın razılığına görə rəy bildirmək təşkil edir. Əgər biz həyat addımlarını Allahın razılığına xatir atarıqsa əməli şəkildə bütün dünyaya Qurani-kərimin yaşayış üslubunu göstərmiş olarıq.
Xanım Fatimə əleyhasalam həyatı büsbütün Allahın razılığına xatır olan kamil insandır. Həzrət Fatimənin (ə) həyat səhnələrinin Həzrət Fatimənin (ə) əxlaqıhamısında Allahın razılığının başqalarının razılığı fövqündə olduğu aşkar şəkildə görünür. O məsum xanım (ə) üçün Allahın razılığı yeganə hədəf olmuşdur. Vəhy mələyi Cəbrail həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- yanına gələrək "ey Allahın Rəsulu! Allah mənə taşırdı, sənə deyim ki, qızın Fatimədən onun istəyini soruşasan. Allah vəd edir ki, həmin istəyi mütləq qəbul edəcəyəm” dedikdə həzrət Muhəmməd (s) qızı Fatimənin (ə) evinə gələrək buyurdu: "Qızım, Allahdan nə istəyirsən? Cəbrail mənə xəbər gətirib ki, sənin hacət və istəyini Allah qəbul edəcəkdir. Xanım Fatimə (ə) buyurdu: "Atacan! Mən Allahdan Onun özünü istəyirəm!”
Bəli, belə bir kamillik zirvəsində olan qadın təkcə qadınlar üçün yox, əksinə bütün bəşəriyyət üçün nümunə və örnək olmaq haqqına malikdir.
Həzrət Fatimə əleyhasalam üçün çoxlu elçilər gəlmişdi. Onların arasında var-dövlət sahibləri olanlar da vardı. Onların arasında Ədürrəhman ibn Ovf da vardı ki, o var-dövlətini Peyğəmbərin (s) üzünə çəkərək dedi: "Fatiməni (s) mənimlə evləndir, əvəzində sizə min qırmızı tüklü dəvə və on min dirhəmlik ev verəcəyəm.” 
Mənaqibi ibn Şəhr Aşub 3-cü cild 245-ci səhifə
.
Belə bir varlı elçiləri olduğu halda həzrət Fatimənin (s) yalnız Allahın razılığını düşünürdü. 
Əmirəlmöminin Əli əleyhissalam günlərin birində Allahın Rəsulunun (s) evinə gələrək Fatimə (ə) üçün elçilik etdikdə həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- qızına buyurdu: "Qızım! Əmin oğlu Əli sənin üçün elçiliyə gəlib, onun həyat yoldaşı olmağa razısanmı?!”
Həzrət Fatiməin (ə) atası Peyğəmbərə (s) ilk sualı bu oldu ki;
أرَضِیَ اللهُ
(Mənim Əlini seçməyimdən) Allah razıdırmı?!
"Onun pulu varmı ya yoxmu?” , "evi haradadır və necədir?!” , "miniyi varmı yoxmu?!” və sair bu kimi dəbdə olan sualların heç bir olmadı, o Xanımın (ə) seçimində. Onun üçün mühüm olan Allah Taalanın bu işdən razı olması idi. Allah razıdırsa, deməli Fatimə (ə) də razıdır.
Çünki həzrət Fatimə (ə) dünya və axirət xoşbətliyinin Alların razılığında olduğunu bilirdi. Elə buna görə də Əbdürrəhmanın on min dirhəmlik evini yox, Əli əleyhissalamın kiçik və sadə evini seçdi. Həmin evdə dünyaya "qiyamət gününə qədər bütün insanların ülgü və nümunəsi olan” Həsən, Hüseyn və Zeynəb (onların hamısına Allahın salamı olsun) göz açmış və tərbiyə almışlar. Həmin evə dəfələrlə vəhy mələyi Cəbrail enmişdir, mələklərin get-gəl yeri olmuşdur həmin ev.
Elə isə, bizim hamımızın məqsəd və məramımız Allahın razılığı olmalıdır.

Rza Əzizoğlu İrəvani

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?
İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Ananın matəmində
Ananın matəmində
Üç mühüm istək
Üç mühüm istək
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı
Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İMAM ƏLİ (Ə) İLƏ XANIM FATİMƏNİN (S.Ə) İZDİVACI
İMAM ƏLİ (Ə) İLƏ XANIM FATİMƏNİN (S.Ə) İZDİVACI
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Allahın həzrət Musaya (ə) 4 sifarişi
Allahın həzrət Musaya (ə) 4 sifarişi
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Fatiməni sevmək 100 yerdə fayda verər,
Fatiməni sevmək 100 yerdə fayda verər,
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))