sitename
» » » İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
Saytın xəritəsi Saytın xəritəsi

Zilhiccə ayının 15-də müsəlmanların onuncu İmamı - İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdürƏliyyən-Nəqi (ə) hicrətin 212-ci ili zilhiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə  dünyaya gəlmişdir. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın (ə) ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə (ə) "üçüncü Əbülhəsən” də deyirdilər.

İmam Hadi (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. O, hələ uşaq olmasına baxmayaraq, bütün möminlərin  diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin 254-cü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.


Çətin dövr

İmamların (ə) öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri İslam tarixinin ən parlaq səhifələrindən sayılır. Müstəbidlərin zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.


Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin (ə) yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də, bu oyun yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi.


Mütəvəkkil hicrətin 236-cı ilində əmr verdi ki, şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək, əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin (ə) ziyarətinin qarşısını almaq məqsədilə yaxınlıqda gözətçilər saxlanılsın.

İmam Hüseynin (ə) hərəmini heç bir müsəlman sökməyə hazır olmadığı üçün, bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O, qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib, o Həzrətin (ə) şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın.

Ancaq o Həzrətin (ə) şiələri və dostları, onu sevənlər bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq, yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra Əhli-Beyt (ə) yolunun davamçıları əl-ələ verib, İmam Hüseynin (ə) məqbərəsini yenidən bərpa etdilər.

İmam Hüseynin (ə) məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şeirlər yazaraq, onu tənqid etməyə başlayırlar.


İmam Hadinin (ə) kəraməti

Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: «Siz nə üçün məmurlarınıza İmam Hadiyə (ə) hörmət etmələrini və o, içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy İmam (ə) da başqa adamlar kimi gəlib-getsin ki, xalqın gözündə nüfuzdan düşsün".

Mütəvəkkil onun istəyini qəbul edib, məmurlarına əmr etdi ki, İmam (ə) gələndə pərdələri qaldırmayıb, qapıları açmasınlar.


Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam (ə) gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, İmamın (ə) dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcək». 
Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, İmamla (ə) əvvəllər olduğu kimi davranaraq, o Həzrətə (ə) daha artıq hörmət etsinlər.

Haqq yolunda şəhadət
Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki övladı Həsən və Hüseyni?» - deyə soruşdu.

O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!».
Bu zaman Mütəvəkkil yerində ilan kimi qovrularaq, dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini boxazından çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

İmamın (ə) elmi məqamı
Həzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq, onu yaradılış sirrindən xəbərdar edirdi. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: «İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik».



Abbasi xəlifəsi bütün alimləri toplayaraq, bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə İmam Hadini (ə) də dəvət edərək, həmin məsələni ondan da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu "Həmd” surəsidir».


Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək, bütün alimləri heyrətdə qoydu. İmamın (ə) verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.


/Deyerler.org/

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Məşhur Rey müsafiri – Seyyid Əbduləzim Həsəni (ə)
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı
İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
İmam Əliyyən-Nəqi (ə)Həyatı barədə qısa məlumat
İmam Əliyyən-Nəqi (ə)Həyatı barədə qısa məlumat
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Bu gecə hərəmə daxil olmağa icazən yoxdur!
Həmd surəsində bu hərflər nə üçün yoxdur?
Həmd surəsində bu hərflər nə üçün yoxdur?
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Hadi (ə)   həyatı barədə qısa məlumat
İmam Hadi (ə) həyatı barədə qısa məlumat
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
Daha çox oxumaq istəyirsən? )))