sitename
» » » “Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
Saytın xəritəsi Saytın xəritəsi

 

"Mövla” yalnız "dost” deməkdirmi?
(ikinci hissə)

Məsələyə dilçilik baxımından yanaşsaq, nəzərə almalıyıq ki, ərəb dilində "mövla” sözünün bir neçə mənası vardır. Mərhum Əllamə Əmini "əl-Ğədir” kitabında "mövla” sözünün 27 mənasını qeyd edir. Bunların içində "rəbb (bəsləyən, tərbiyə edən), əmi, əmioğlu, oğul, bacıoğlu, kölə, malik, tabe, şərik, qonşu, yoldaş, kürəkən, qohum, üstün, sevən, yardımçı, çörəkverən” və s. mənalar vardır. Beləliklə, "dost, sevən” mənası bu sözün mənalarından yalnız biridir.

Qurani-kərimin özündə "mövla” sözü fərqli mənalarda işlənmişdir. Ayələrin birində Allah-təala cəhənnəmdən söz açaraq, onun kafirlərə layiqli və uyğun bir məkan olduğunu ifadə etmək üçün "mövla” sözündən yararlanır: "Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!” (Hədid, 15). Böyük İslam alimləri İbn Abbas, Kəlbi, Fərra, Əxfəş, Sələb, Buxari, İbn Qüteybə, Təbəri, Ənbari, Vahidi, İbn Cövzi, Təftazani, Əli Quşçi, Sənani, Şəblənci və başqaları öz kitablarında bu ayəni təfsir edərkən, məhz "yaraşan, uyğun olan (övla)” məfhumunu doğru saymışlar.

Qurani-kərimin daha bir neçə ayəsində də "mövla” kəlməsi işlədilir ki, onların hamısında bu kəlmə Allaha aid edilərək, "ixtiyar sahibi, ağa” mənalarını verir. Məsələn: "Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə, 286). Digər ayədə Allah tövsiyə edir: "De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Hədid, 51). Ayələrin bir neçəsində də "mövla” kəlməsi birbaşa Allaha aid edilir: "Allah sizin mövlanızdır. O (hər şeyi) biləndir, hikmət sahibidir!” (Təhrim, 2). "Onun mövlası Allahdır” (Təhrim, 4). "Xeyr, Allah sizin mövlanızdır. O, yardım edənlərin ən yaxşısıdır” (Ali-İmran, 150). "Bilin ki, Allah sizin mövlanızdır. O ən gözəl mövla, ən yaxşı imdada çatandır!” (Ənfal, 40). "Allaha sığının. O sizin mövlanızdır” (Həcc, 78). Göründüyü kimi, ayələrin hamısında Allahın insanlar üzərində ixtiyar sahibi olmaq sifəti qabardılır.
Daha başqa bir ayədə isə Allah-təala ağa ilə kölədən danışarkən, ağa barəsində "mövla” kəlməsini işlədir: "O öz ağasına bir yükdür” (Nəhl, 76).

Əlbəttə, hədisdəki "mövla” sözünün "ixtiyar sahibi, ağa, başçı” mənası verdiyini ifadə edən başqa dəlillər vardır ki, mövzu barədə kitablarda (o cümlədən, "əl-Ğədir” kitabında) bunlara ətraflı izah verilmişdir.

Natiq Rəhimov

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Mövla” yalnız “dost” deməkdirmi?
“Mövla” yalnız “dost” deməkdirmi?
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
QƏDİR-XÜMÜ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
Qədir-Xum hədisindəki
Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Düzgün şəkildə ibadət
Düzgün şəkildə ibadət
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
VALIDEYN HÜQUQU
VALIDEYN HÜQUQU
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
XEYIRLI IŞLƏRƏ DƏ’VƏT, PIS IŞLƏRDƏN ÇƏKINDIRMƏK
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Novruz və İslam.
Novruz və İslam.
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)
“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))