sitename
» » » PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
Saytın xəritəsi Saytın xəritəsi

 

Rəbiül-əvvəl ayının 10-u (Noyabr ayının 18-i – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACIetdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:

Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir:

"Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: "Xüveylidin qızı Xədicə Qüreyş tacirlərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!”

Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: "Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.”

Xədicə o həzrətin "Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: "Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!”

Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı sıfırdın qayıtdıqdan sonra o həzrətin kərmətləri, alicənablığı və mənəviyyatı haqda Xədicəyə məlumat verdi.

Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi.

Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi.

İbn Hişam özünün "Sirə” kitabında yazır: "Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: "Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: "Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” ("Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi.

Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə toy mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: "Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.)

Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: "Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.”

Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq "nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə).

("Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; "Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.)

Rza Şükürlü (Maide.Az)

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info
Müəllif
Vusal
Geri
Həmçinin baxın
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə
Bakı və Abşeron üfüqü ilə Noyabr ayı üçün gündəlik namazların azan cədvəli
Bakı və Abşeron üfüqü ilə Noyabr ayı üçün gündəlik namazların azan cədvəli
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
Kamil qadın - xanım Məsumə
Kamil qadın - xanım Məsumə
Bu gün peyğəmbərin (s) Taifdə səqif tayfası tərəfindən daşlanan günüdür.
Bu gün peyğəmbərin (s) Taifdə səqif tayfası tərəfindən daşlanan günüdür.
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 10-cu günü
Cəmadiül-əvvəl ayının 10-cu günü
Cəmadiül-əvvəl ayının 6-cı günü
Cəmadiül-əvvəl ayının 6-cı günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
29 Mühərrəm 1439. Bu günki hadisələr
29 Mühərrəm 1439. Bu günki hadisələr
Kərbəlayı Əli Ramazan Hz.Xədicə (s.ə)
Kərbəlayı Əli Ramazan Hz.Xədicə (s.ə)
Hicrətdən üç il qabaq Ramazan ayının 10-da xanım Xədiceyi Kübra dünyasın dəyişdi. Həmin ili peyğəmbər (s) hüzn ili elan elədi.
Hicrətdən üç il qabaq Ramazan ayının 10-da xanım Xədiceyi Kübra dünyasın dəyişdi. Həmin ili peyğəmbər (s) hüzn ili elan elədi.
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))